Nizami yaradıcılığına həsr olunmuş olimpiada
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən rus dili və ədəbiyyat üzrə onlayn olimpiada Nizami Gəncəvinin yaradıcılığına həsr olunub. Olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadanın I mərhələsində tədrisi rus dilində aparılan bölmə üzrə ümumi təhsil müəssisələrinin VII-IX sinif şagirdləri dahi şairin həyat və yaradıcılığına dair sualları “Microsoft Teams” platforması vasitəsilə onlayn formada cavablandırıblar. Olimpiadanın I mərhələsində ən yüksək bal toplayan şagirdlər növbəti turda iştirak etmək hüququ əldə edəcəklər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.