Norveç hökuməti “F-16”ların Ukraynaya təhvil verilmə planını təsdiqləyib
Bakı, 25 avqust, AZƏRTAC
Norveçin Baş naziri Jonas Gahr Store ölkəsinin “F-16” qırıcılarını Ukraynaya təhvil vermə planını təsdiqləyib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat verilib.
“Norveç müasir hava hücumundan müdafiə sistemi yaratmaq səylərində Ukraynanı dəstəkləyir. Bu, həm vacib, həm də zəruridir. Biz artıq ukraynalı pilotların hazırlanmasına qərar vermişik və yayda təlim məqsədləri üçün onlara iki Norveç “F-16” təyyarəsi verəcəyimizi bəyan etmişik. Biz Norveç “F-16” döyüş təyyarələrini bağışlamağı planlaşdırırıq və qırıcıların ianə və çatdırılma vaxtı haqqında əlavə məlumatı vaxtında təqdim edəcəyik. Ukraynada müasir hava hücumundan müdafiə sisteminin inkişafı ilə bağlı ABŞ və digər yaxın müttəfiqlərimizlə dialoqumuzu davam etdirəcəyik. Norveç Ukraynaya əhəmiyyətli hərbi dəstək verib və biz bunu davam etdirəcəyik. “F-16” təyyarələrinin təhvil verilməsi Ukraynanın hərbi potensialını nəzərəçarpacaq dərəcədə gücləndirəcək”, - deyə məlumatda qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]