Norveçdə leysan nəqliyyatı iflic edib
Stokholm, 13 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Vesternorrland bölgəsində güclü yağışlar infrastruktura böyük ziyan vurub, həm ölkə daxilində, həm də xaricdə logistikaya ciddi təsir edib.
AZƏRTAC xəbər verir ki, İsveç Nəqliyyat İdarəsinin məlumatına görə, onlarla avtomobil və dəmir yolu hissələri dağıdılıb və ya zədələnib, bu da sənaye, ixrac və sərnişin daşımalarına təsir göstərib.
Narvikdən İsveç ərazisindən Osloya gündəlik 250 ton qızılbalıq və dəniz məhsulları daşıyan “Onrail” Norveç yük operatoru daha çox zərər çəkib.
Vesternorrland bölgəsində ümumilikdə 42 yolu su basıb. 90 saylı milli magistral yaxın vaxt açıla bilər, lakin dəmir yolunun bərpası daha çox vaxt aparacaq. Qatarların hərəkətinin dayandırılması sentyabrın 15-dək davam edəcək. Həddindən artıq yüklənmiş İnlansbananda prioritet qida və dərman kimi həyati vacib yükləri daşıyan qatarlara verilir.
İsveç hakimiyyəti qeyd edir ki, vəziyyət regiondan xeyli kənara çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [23:15]
Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb
- 05.09.2026 [23:04]
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşüb
- 05.09.2026 [22:21]
Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub
- 05.09.2026 [21:41]
Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib
- 05.09.2026 [20:57]
Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb
- 05.09.2026 [20:49]
Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb
- 05.09.2026 [17:54]