“Norway Chess”: Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq
Bakı, 6 iyun, AZƏRTAC
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 6-cı turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə mübarizə aparacaq. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə görüşəcək.
Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.
“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]