Növbəti “GRE: General Test” imtahanı keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı Dövlət İmtahan Mərkəzinin (DİM) A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19-la əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanda bir nəfər iştirak edib. İmtahan nəticələrini 10-15 gün ərzində ETS-nin saytında onlayn şəkildə öyrənmək mümkündür.
Növbəti GRE imtahanının martın 26-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]