SİYASƏT
NOVRUZ BAYRAMI ASTANADA QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyində Novruz bayramı təntənəli şəkildə qeyd olunmuşdur.
Şənlikdə Azərbaycan diaspor təşkilatının üzvləri, Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyasının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Novruz bayramı münasibətilə iştirakçıları təbrik etmiş, qədim el bayramının tarixi haqqında ətraflı məlumat vermişdir.
Səfir bildirmişdir ki, müstəqillik illərində ölkəmizdə Novruz bayramı daha təmtəraqlı qeyd edilir. Novruzun həm də qazax xalqının əziz bayramlarından biri olduğunu deyən səfir, bu münasibətlə qardaş xalqı da təbrik etmişdir.
Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyasının sədri Asxad Şakirov, eləcə də diasporumuzun üzvləri Novruz bayramı ilə bağlı xalqlarımızın adət və inanclarından danışmışlar.
Bayram süfrəsi ətrafında söhbət bir neçə saat davam etmişdir.