NOVRUZ BAYRAMI AZƏRBAYCANIN İSPANİYADAKI SƏFİRLİYİNDƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, martın 19-da Azərbaycanın İspaniyadakı səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, bayram şənliyində Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, İranın İspaniyadakı səfiri və səfirliyin əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Səfir Məmməd Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə təbrikini soydaşlarımızın diqqətinə çatdırmışdır. Soydaşlarımız dövlətimizin başçısının təbrikini böyük ruh yüksəkliyi ilə qarşılamışlar.
Sonra iştirakçılar Novruzun rəmzi olan səməni, şəkərbura, paxlava, eləcə də milli mətbəximizin ləziz yeməkləri ilə bəzədilmiş bayram süfrəsinə dəvət olunmuşlar.
Diaspor nümayəndələri bu cür tədbirlərin xaricdə yaşayan soydaşlarımızın doğma Vətənə bağlılığının artmasında, eləcə də onların Azərbaycanın milli maraqlarının qorunması və təbliğində birgə əməkdaşlığının güclənməsində mühüm rol oynadığını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]