NOVRUZ BAYRAMI NYU-YORK MERİNİN İQAMƏTGAHINDA QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) Nyu-York şəhərinin meri Maykl Blumberqin iqamətgahında Novruz bayramını qeyd etmişdir.
AAC-nin prezidenti Tomris Azərinin verdiyi məlumata görə, Manhettendəki “Qreysi” iqamətgahında cəmiyyətin təşkil etdiyi ziyafətdə türk, İran, Pakistan və əfqan diasporunun fəalları da iştirak etmişlər. Qonaqlar arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev də olmuşdur.
Mer M.Blumberq Azərbaycan icması üzvlərini və Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etmişdir.
Tomris Azəri xalqımızın əziz bayramı olan Novruz haqqında məlumat vermiş, M.Blumberqi qədim adət-ənənələrimizlə tanış etmişdir.
Sonda M.Blumberqə Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımı haqqında kitab təqdim edilmişdir. Tomris Azəri Nyu-York merini Azərbaycana səfər dəvət etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]