NOVRUZ BAYRAMI STRASBURQDA QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun Strasburq şöbəsi Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə xalqımızın milli bayramı - Novruzu təntənə ilə qeyd etmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bayram şənliyində nümayəndəliyin rəhbəri Arif Məmmədov Prezident İlham Əliyevin Novruz bayramı münasibəti ilə soydaşlarımıza ünvanladığı təbrik məktubu barədə iştirakçılara məlumat vermiş, ölkəmizdən kənarda yaşayan azərbaycanlıların xalqımızın milli bayramlarını keçirmələrinin vacibliyini vurğulamışdır.
ATAF-ın baş karibi Vüsal Məmmədov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, Azərbaycan həqiqətlərinin təbliği sahəsində görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə milli mahnılarımız səslənmiş və rəqslərimiz ifa olunmuşdur. Azərbaycan mətbəxinin nemətlərindən ibarət süfrə açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]