NOVRUZ BAYRAMINI ALMATIDAKI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI GENİŞ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almatıdakı “Turan” Milli Mədəniyyət Mərkəzi Xalqlar Dostluğu evində Novruz bayramı münasibətilə şənlik keçirmişdir. Bayramda Almatıdakı Azərbaycan diasporunun üzvləri, digər milli mədəniyyət mərkəzlərinin rəhbərləri, qardaş qazax xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
“Turan” Milli Mədəniyyət Mərkəzinin sədri Əbülfəz Xamedov əlamətdar bayram münasibətilə üşrirakçıları təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. O demişdir ki, Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti 1937-ci illərdə bu torpağa sürgün olunmuşlar. Bütün çətinliklərə baxmayaraq onlar milli adət və ənənələrimizi qoruyub saxlamış və hər il evlərində Novruz bayramını yüksək səviyyədə qeyd etmişlər.
Çıxışlarda Novruzun sülhə, əmin-amanlığa, etibara, vəfaya çağırış bayramı olduğu vurğulanmışdır.
“Bahar” rəqs ansamblı və “Arzu” folklor kollektivi Azərbaycanın xalq mahnı və rəqslərini ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]