NOVRUZ BAYRAMINI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI DA TƏNTƏNƏ İLƏ QEYD EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, martın 21-də Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyası bu ölkədəki “Azərbaycan Evi” ilə birlikdə Novruz bayramı münasibətilə tədbir keçirəcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bayram tədbirində Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət Novruz süfrəsi açılacaq və milli musiqimiz səsləndiriləcəkdir. Şənliyə Fransanın digər şəhərlərində yaşayan azərbaycanlılar, eləcə də yerli ictimaiyyətin nümayəndələri də qatılacaqlar.
Martın 22-də isə İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AİMM) Novruz bayramını qeyd edəcəkdir. Bayram şənliyində ötən il İsveçrədə fəaliyyətə başlayan ilk Azərbaycan məktəbinin şagirdlərinin ifasında xüsusi proqram təqdim olunacaqdır.
İsveçrəlilərin də dəvət olunduqları tədbirdə Novruz bayramı ilə əlaqədar videogörüntülər nümayiş etdiriləcək, Azərbaycan milli musiqi alətləri, məişət əşyaları, milli geyim növləri və xalça çeşidləri sərgilənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]