Noyabrın 14-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaqdır. Gecəyə doğru bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcəkdir.
Havanın temperaturunun gecə 1-3° isti, gündüz 5-8° isti olacağı gözlənilir.
Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 775 millimetr civə sütunundan 772 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcəkdir.
Temperatur gecə 1-5° şaxta, gündüz 5-10° isti olacaqdır.
Yuxarı Qarabağ bölgəsində
Gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcəkdir.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə bölgəsində
Gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaqdır.
Böyük Qafqaz bölgəsində
Gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran bölgəsində
Gündüz əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Mülayim şərb küləyi əsəcəkdir.
Temperatur gecə 1-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° şaxta olacaqdır.