Noyabrın 15-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu, yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-10° isti olacağı gözlənilir.
Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağıntı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1-5° şaxta, gündüz 6-11° isti olacaqdır.
Yuxarı Qarabağ bölgəsində
bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° şaxta olacaqdır.
Qazax-Gəncə bölgəsində
bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaqdır.
Böyük Qafqaz bölgəsində
bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran bölgəsində
bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 15-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü giləvar küləyi meteohəssas insanlar üçün əlverişsiz olsa da, ayın 16-da meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.