Azərbaycan Dövlət İnformasiya Agentliyi

Noyabrın 17-si Azərbaycan xalqının Milli Dirçəliş Günüdür

Bakı, 16 noyabr (AZƏRTAC). Ötən əsrin 80-ci illərinin sonunda dünyada baş verən qlobal tarixi kataklizmlər, ictimai-siyasi dəyişikliklər nəticəsində yaranmış şərait Azərbaycan ictimai şüurunu da tamamilə yeni və ağır məsələlər qarşısında qoymuşdur. Azərbaycanın varlığı və gələcəyi bu ağır vəzifələrin həllindən asılı idi. Müstəqillik ideyası yalnız milli mədəniyyətin, milli özünüdərkin yüksək sosial təzahürü kimi deyil, Azərbaycanın bundan sonrakı mövcudluğunun, varlığının əsas şərti kimi tarix səhnəsinə çıxmışdır. Sovet imperiyasının tərkibində 70 il ərzində totalitar rejimdə, tarix yaradıcılığı prosesindən uzaqlaşdırılan Azərbaycan ictimai şüuru onilliklər ərzində vərdiş olunduğu siyasi ətalət və tarixi fəaliyyətsizlik nəticəsində təbii ki, birdən-birə yaranmış yeni situasiyanı tamamilə dərk edə bilməmişdir. Azərbaycan ictimai-siyasi şüuru bu tarixi prosesləri gözləmirdi. İctimai şüurda yeni ictimai-iqtisadi münasibətlərin modeli yox idi. Fiziki varlığına, milli dəyərlərinə, tarixi ərazilərinə düşmən təcavüzünə reaksiya kimi yaranan özünümüdafiə instinkti nəticəsində xalq küçələrə, meydanlara toplaşır, baş verən ədalətsiz hadisələrə emosional bir şəkildə etirazını bildirirdi. 

Bu, milli azadlıq hərəkatının ilkin mərhələsi idi. Yeni tarixi vəzifələrin həlli üçün xalqın bütün gücü səfərbər edilməli və mütəşəkkil siyasi hərəkata çevrilməli idi. Torpaqlarının azadlığı və müstəqillik uğrunda ayağa qalxan, təşkilatlanmaq və böyük mübarizələr üçün səfərbər olmaq istəyən xalqı yarım addım qabaqlayıb onun liderinə çevrilmək istəyən “milli qəhrəmanlar”ın, “azadlıq aşiqləri”nin romantik vətənpərvərlik hayqırışları, küçə və meydanlara toplaşıb “Qarabağ” və “Azadlıq” kəlmələrini qışqıran kütlənin ani reaksiyaları ilə tarixin qarşıya qoyduğu olduqca ağır, çətin və məsuliyyətli vəzifələri həll etmək olmazdı.

Bu gün də müxalifət mətbuatında milli azadlıq hərəkatının həmin dövrü barəsində çox tez-tez fikir möhtəkirliyinə və təhrif edilmiş baxışlara rast gəlmək olar. Əlbəttə, bu, məqsədli surətdə edilir və bu gün fəaliyyət motivləri keçmişə yönələn bəzi siyasi qüvvələr həmin hərəkatı yalnız öz adlarına bağlamaqla Azərbaycanın müstəqillik tarixində özlərinin müstəsna əhəmiyyət kəsb etdikləri iddiasını qabartmağa çalışırlar. Lakin bu iddia böyük siyasi və həyati təcrübələrlə zənginləşib mühüm keyfiyyət dəyişikliyi yaşayan bugünkü ictimai şüur tərəfindən ciddi mülahizə kimi deyil, müəyyən tarixi faktların ifadəsindən çox, bu faktları təhrif etməyə cəhd göstərən həmin siyasi qüvvələrin ictimai-siyasi nevrozları kimi qəbul edilir. Bu böyük hadisəni şəxsi fərdi fəaliyyətlərə, mənafe və maraqlara bağlamaq olmaz.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqillik tariximizin bu məqamını dəqiq və obyektiv bir şəkildə belə səciyyələndirmişdir: “İlk dəfə Azərbaycanda Azadlıq meydanına yüz minlərlə, hətta milyondan artıq adamın toplaşması, mitinqlər keçirilməsi - bunlar ayrı-ayrı adamların fəaliyyətinin nəticəsi deyil, həmin illərdə Azərbaycanın daxilində, xalqın içərisində, millətin, bütün Azərbaycan vətəndaşlarının daxilində baş qaldıran vətənpərvərlik hisslərinin, milli azadlığa yönəlmiş hisslərin qaynayıb qarışaraq meydana çıxmasının nəticəsi idi”.

Sovetlər birliyinin dağılması, bu birliyin tərkibinə daxil olan respublikaların, o cümlədən, Azərbaycanın azadlıq əldə etməsi, yeni müstəqil dövlətlərin yaranması dünyada baş verən ictimai-siyasi hadisələrin bir dalğası, ümumdünya tarixi prosesinin bir mərhələsi idi. 1980-ci illərin sonunda Şərqi Avropa ölkələrində və SSRİ-də mövcud sosialist ictimai sistem modellərinin böhran və dağılması ilə kütləvi siyasi təfəkkür radikal şəkildə dəyişməyə başlamışdır.

Sovetlər dövründə nə qədər totalitar rejimin məngənəsində sıxılmağa məhkum olunsa da, nə qədər mənəvi-psixoloji terrora məruz qalsa da, düşünən başları onilliklər boyu Stalin rejiminin cəlladları tərəfindən kəsilsə də xalqımızın mentaliteti, tarixən yaratdığı yüksək mənəvi dəyərləri, böyük mədəniyyəti, nail olduğu inkişaf və tərəqqi sayəsində Azərbaycan ictimai şüuru öz yüksək səviyyəsini qoruyub saxlaya bilmişdir. Azərbaycan xalqı öz tarixi inkişaf prosesində çox çətin sınaqlar qarşısında qalaraq, müdrikliyini nümayiş etdirərək çətin və əzablı yollardan uğurla keçmişdir.

Bu cür yüksək milli-mədəni irsə və dəyərlərə malik olan Azərbaycan xalqı XX yüzilliyin sonunda baş verən qlobal siyasi, iqtisadi, sosial, mədəni, hərbi dəyişikliklər və gərgin siyasi mübarizələr içərisində deqradasiyaya uğrayaraq məhv ola bilməzdi. Bu dövrdə tarixi zərurətdən yaranmış ağır günləri yaşamaq və gələcəyə inamla addımlamaq üçün Azərbaycan xalqına güclü, cəsarətli, uzaqgörən və dünyanın gərdişindən baş çıxara bilən müdrik bir lider lazım idi. Əslində belə bir lider hələ sovetlər dövründə formalaşmış və xalqın özünüdərketmə prosesini xeyli sürətləndirmişdir. Əlbəttə ki, bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idi.

Azərbaycan hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında iqtisadi və sosial həyatda, elm, mədəniyyət, incəsənət, təhsil, texniki tərəqqi sahəsində böyük uğurlar əldə etmişdir. Bu dövrdə xalqın iqtisadi rifahı və ümumi mədəni səviyyəsi ilə bərabər, onun ictimai şüurunun dərinliklərində sıxılan milli təfəkkürü, milli özünüdərki də yüksəlmişdir. Azərbaycan dili, ədəbiyyatı, incəsənəti milli köklər üzərində inkişaf etmiş, ən yüksək elmi-akademik səviyyədə tətbiq və təbliğ olunmuşdur. Azərbaycan tarixinin qəhrəmanlıq rəmzi olan tarixi şəxsiyyətlərin və obrazların, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərimizin abidələri, məqbərələri ucaldılmışdır. Bütün bunlar xalqımızın böyük oğlu Heydər Əliyevin müdrikliyi, cəsarəti və uzaqgörənliyinin ifadəsi idi. Onun yorulmaz səyləri nəticəsində Azərbaycan xalqı totalitar rejim dövrünün çətinliklərindən uğurla keçirərək milli varlığını qoruyub saxlaya bilmişdir. Məhz Heydər Əliyev dövründə Azərbaycan sovetlər birliyinin qabaqcıl sənaye elm və intellektual mərkəzlərindən birinə çevrilmişdir. İmperiya tərkibində müstəqil adlanan respublikaların dövlət atributları yalnız formal səciyyə daşısa da, Heydər Əliyevin 1970-ci illərdə Azərbaycanın hərbi-siyasi quruculuğu sahəsində gördüyü işlər, minlərlə azərbaycanlı gənci Sovet İttifaqının müxtəlif hərbi məktəblərinə təhsil almağa göndərməsi, Azərbaycanın özündə hərbi məktəblərin, ali hərbi məktəblərin açılması gələcəkdə müstəqil dövlətin müstəqil ordusunun yaranmasında böyük rol oynamış və möhkəm baza olmuşdur.

Beləliklə, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraiti və həmin dövrdə baş verən hadisələri, yeni müstəqillik tariximizin Milli Dirçəliş mərhələsini qiymətləndirərkən belə bir qənaət təsdiq olunur ki, bu mərhələdən öncə Heydər Əliyev xalqın müstəqil yaşaya bilməsi üçün böyük zəmin yaratmışdır.

Azərbaycan xalqının Sovet imperiyasının dağılması ərəfəsində və milli azadlıq hərəkatının ilk illərində üzləşdiyi ağır faciələrin və böyük itkilərin başlıca səbəblərindən biri də ona onun potensialını bu ağır və mürəkkəb vəzifələrin həlli üçün səfərbər edə bilən, iradəsini ifadə edən həqiqi liderin deyil, biliksiz, səriştəsiz, təcrübəsiz, təsadüfi, bəzən də xəyanətkar siyasət yeridən şəxslərin rəhbərlik etməsində idi.

Həmin dövrdə sözün tam mənasında Azərbaycanda bir xaos, hərc-mərclik yaşandıqca, ərazilərimiz düşmən təcavüzü nəticəsində qəsb olunduqca, bir tərəfdən satqın başçıların, digər tərəfdən səriştəsiz avantürist hərəkat liderlərinin hakimiyyət ambisiyaları nəticəsində ölkə viran olub dağıldıqca insanların şüurunda, qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu obrazı canlanırdı.

1990-cı ilin iyul ayında Naxçıvana qayıdan Heydər Əliyev həmin ilin sentyabrında Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmiş və noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası Heydər Əliyevin sədrliyi ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul etmişdir.

Həmin qərarlara əsasən Naxçıvan MSSR-in adından “sovet sosialist” sözləri götürülmüş və ilk dəfə olaraq üçrəngli milli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir.

Ölkənin daxilində isə hakimiyyət uğrunda mübarizənin, siyasi didişmə və çəkişmələrin son həddə çatması, silahlı qrupların ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarması, bunun nəticəsində də nəinki müstəqilliyin qorunub saxlanması, hətta Azərbaycanın varlığının belə parçalanıb məhv olmaq təhlükəsi qarşısında qalması ilə Heydər Əliyev obrazı daha nüfuzedici, qarşısıalınmaz bir güclə, bir alternativ kimi, bir xilaskar və nicat obrazı, yeganə ümid və işıq mənbəyi kimi ictimai şüuru fəth edirdi. Heydər Əliyev nüfuzu qarşısında öz niyyət və planlarının puç ola biləcəyini dərk edən Azərbaycanın xarici düşmənləri və daxili bədxahları nəyin bahasına olursa-olsun, ona Azərbaycanda siyasi hakimiyyətə gəlməsinə imkan verməmək üçün xalqla onun arasında keçilməz sədlər qurmağa çalışırdılar.

Lakin özünün dühası, dönməz iradəsi və xalqına olan sonsuz sevgisi ilə Heydər Əliyev imperiyanın beşiyi Moskvada da, Bakıda da qarşısını kəsən bütün sədləri qırırdı.

Azərbaycan xalqının öz tarixinin hansı ağır və faciəli dövrünü yaşadığını hamıdan daha aydın dərk edən Heydər Əliyev tarixin onun üzərinə qoyduğu bu ağır məsuliyyət yükünün altından çiyinlərini qaçırmadı. Heydər Əliyev xalqı ağır vəziyyətdə qoyub yaxasını kənara çəkən, onun taleyinə biganə yanaşan, çiyinlərini xalq yükünün altından qaçıran və yaxud bir neçə il yüksək vəzifədə işlədikdən sonra istefaya çıxıb özü haqqında tərifnamə - memuarlar yazan siyasətçilərdən deyildir. O, xalqın müraciətini qəbul edərək başladığı böyük işləri davam etdirmək üçün yenidən siyasi hakimiyyətə qayıtdı. Azərbaycanın olduqca ağır bir dövründə -1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə rəhbərliyə dəvət alan Heydər Əliyev özünün siyasi hakimiyyətə ikinci dəfə böyük qayıdışını etdi. Onun yenidən Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ümidsizlik içində olan düşüncələrə ruh yüksəkliyi verdi.

Bu gün dövlətçiliyimizin möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşması, ictimai-siyasi sabitliyin bərqərar olunması, demokratik cəmiyyət quruculuğu hər şeydən əvvəl Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderimiz Heydər Əliyev amansız düşmən təcavüzünü dayandırdı, atəşkəsə nail oldu, 10 minlərlə vətən övladının həyatını xilas etdi, yenidən ordu quruculuğu işinə başladı və bu gün düşmənin hər bir təcavüzünün qarşısını almağa qadir olan mütəşəkkil ordu yaratdı, düşmən təbliğatı nəticəsində Azərbaycanın dünya birliyindən təcrid edilməsinə yönələn informasiya blokadasını şəxsi nüfuzu, gərgin əməyi bahasına dağıtmağa nail oldu. Azərbaycanın beynəlxalq imicini gücləndirdi, “Əsrin müqaviləsi”nin - böyük neft kontraktlarının müəllifi oldu, dünyanın ən böyük və nüfuzlu şirkətlərinin investisiyalarını ölkəyə yönəldib iqtisadiyyatımızın inkişafı üçün möhkəm zəmin hazırladı.

Məhz Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkədə xaosun, anarxiyanın, zor, silah gücünə hakimiyyəti zəbt etmək ənənəsinin qarşısı alındı, qanunun aliliyi təmin olundu, ictimai-siyasi sabitlik bərqərar edildi, ilk demokratik Konstitusiya yaradıldı, ölüm hökmü ləğv olundu, kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürüldü, siyasi müxalifətin qanuni fəaliyyəti üçün bütün imkanlar yaradıldı, azad, demokratik seçkilər keçirildi. Getdikcə böyük vüsət alan bu demokratik proseslər dövlət həyatının, ictimai həyatın bütün sahələrinə nüfuz etməklə xalqın yaşayış tərzinə, yeganə idarə üsuluna çevrilərək möhkəm, dönməz bir xarakter aldı.

Cəmiyyətdə fərqli düşüncələrə sahib olan, insanların haqlarının qorunması, onlarla siyasi partiyanın, yüzlərlə müxtəlif istiqamətli mətbuat vasitələrinin fəaliyyət göstərməsi Heydər Əliyevin yeni təfəkkürə, demokratiya ənənələrinə sədaqətinin nəticəsidir.

Ümummilli liderin Azərbaycanın hərtərəfli inkişafını təmin edən strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Artıq Azərbaycan bölgədə lider dövlət, dünyada söz və nüfuz sahibidir. Heydər Əliyev dühası müasir müstəqil Azərbaycanı daha möhtəşəm uğurlara qovuşduracaqdır.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi