Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nurlana Mustafayeva: Balkan regionu üzrə mütəxəssislərə ehtiyac artır - MÜSAHİBƏ

Nurlana Mustafayeva: Balkan regionu üzrə mütəxəssislərə ehtiyac artır - MÜSAHİBƏ

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Balkanşünaslıq kafedrasının müdiri filologiya elmləri doktoru Nurlana Mustafayeva AZƏRTAC-a müsahibəsində kafedranın yaradılma məqsədi, fəaliyyət istiqamətləri, elmi tədqiqatları və gələcək hədəfləri barədə danışıb. O, Azərbaycanın Balkan ölkələri ilə artan əməkdaşlığı fonunda bu region üzrə mütəxəssis hazırlığının əhəmiyyətini vurğulayıb. Müsahibəni təqdim edirik.

- Nurlana xanım, Balkanşünaslıq kafedrasının yaradılmasının məqsədi nədir?

- BSU-da Balkanşünaslıq kafedrasının yaradılmasını bir neçə amil zəruri edir. İlk növbədə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirilən uğurlu xarici siyasət bu gün daha da genişlənir və yeni coğrafiyaları əhatə edir. Belə coğrafiyalardan biri məhz Balkan yarımadasıdır. Balkan yarımadasının məlum əlverişli coğrafiyası və strateji mövqeyi var. Azərbaycanın Balkan ölkələri ilə siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı var. Həmin ölkələrlə əlaqələr genişlənir. Məhz bu baxımdan Balkan dillərini bilən, Balkanların tarixini, coğrafiyasını, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, etnoqrafiyasını dərindən mənimsəyən kadrlara, mütəxəssislərə ehtiyac var. Bu səbəbdən BSU-da 2024-cü il mayın 27-də Balkanşünaslıq kafedrası yaradılıb. Balkanşünaslıq kafedrası Balkan dilləri və ədəbiyyatlarının öyrədilməsi üzrə ölkədə ilk və tək kafedradır.

- Kafedra daha çox hansı ölkələrin mədəniyyəti, dili və tarixi ilə bağlı tədqiqatlar aparır?

- Balkan dillərinə əsasən bolqar, yunan, türk, alban, Serb, rumın, xorvat və digər dillər aiddir. Hazırda kafedrada bolqar, yunan və türk dilləri tədris olunur. Regionşünaslıq ixtisasında Türkiyə, Bolqarıstan, Yunanıstan, Balkanlar regionları üzrə, tərcümə ixtisasında Azərbaycan-bolqar, Azərbaycan-yunan dilləri üzrə kadrlar hazırlanır. Tələbələr Balkan regionunun dilləri ilə yanaşı, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, coğrafiyası və tarixini də öyrənirlər. Mütəmadi olaraq, onlar Balkan ölkələrinin ədəbiyyatı, mədəniyyət və incəsənəti, etnoqrafiyası ilə bağlı tədqiqatlara, araşdırmalara, xüsusi layihələrə cəlb edilirlər.

- Azərbaycanda Balkan ölkələrinə maraq hansı səviyyədədir? Gənclər bu regionu öyrənməyə nə dərəcədə maraqlıdır?

- Gənclərin Balkan ölkələrinə marağı böyükdür. Səbəblər isə müxtəlifdir. İlk olaraq, “Qafqazın incisi” adlandırılan Azərbaycanla, “Avropanın Qafqazı” adlandırılan Balkanların demək olar ki, bənzər tarixi keçmişi, mədəniyyəti, adət-ənənələrinin olduğunu qeyd etməliyəm. Bu məqam tələbələrin Balkan coğrafiyasına olan marağını artırır. Kafedrada fəaliyyət göstərən dil daşıyıcısı müəllimlər müqayisəli şəkildə araşdırmalara tələbələri cəlb edərək bu marağı daha da artırırlar. Məsələn, “Azərbaycanda qeyd olunan Novruz bayramı və Albaniyada qeyd olunan Novruz bayramının bənzər və fərqli cəhətləri” mövzusu kimi tapşırıqlar tələbələrin marağına səbəb olur. Bu maraqdan yaranan həvəs tələbələrin Balkan dillərini, mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını, tarixini və s. öyrənmələrinə səbəb olur.

- Azərbaycanlı tələbələr üçün Balkan ölkələrində təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək imkanları varmı?

- BSU Slavyan dillərinin öyrədilməsi üzrə regionun bir nömrəli universitetidir. BSU-nun digər regionlarla olan sıx əməkdaşlıqları ilə yanaşı Balkan universitetləri ilə də əlaqələri var və genişlənməkdədir. Hazırda Bolqarıstan, Türkiyə, Şimali Makedoniya, Serbiya, Rumıniya, Albaniya və digər Balkan ölkələrinin müxtəlif universitetləri ilə əməkdaşlıqlar inkişaf etdirilməkdədir. Məsələn, BSU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri ilə yanaşı müəllim heyəti hər il Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnova Universitetində keçirilən yay məktəblərində, müxtəlif təcrübə proqramlarında iştirak edir.

BSU-da fəaliyyət göstərən mərkəzlərin tələbələrin yaxşı mütəxəssislər olaraq hazırlanmasında xüsusi rolu var. BSU-da Bolqarıstan Tədris-Mədəniyyəti Mərkəzi, Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi, Türk Araşdırmaları Tədris-Mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bu mərkəzlərin əsas fəaliyyət istiqaməti Balkan ölkələri üzrə hazırlanan tələbələrin daha geniş və dərin biliklərə sahib olmasına dəstək verməkdir. Qarşılıqlı olaraq da Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərməkdədir. Bu mərkəzdə bolqar tələbələrə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan multikulturalizmi fənləri tədris olunmaqdadır. Qeyd edim ki, sadəcə azərbaycanlı tələbələr Bolqarıstanda mübadilə proqramlarına qoşulmur, eyni zamanda, Sofiya Universitetinin tələbələri mütəmadi olaraq BSU-da təcrübə proqramlarına qatılırlar. Bir neçə ay öncə bolqar tələbələr BSU-da Türkologiya və Azərbaycan dili kafedralarında təcrübəyə cəlb olundular, onlara müvafiq fənlər tədris olundu və bolqar tələbələrlə azərbaycanlı tələbələr birlikdə mədəniyyət günləri təşkil etdilər.

- Kafedranızda elmi araşdırmalar həyata keçirilirmi? Əsas mövzular hansılardır?

- Kafedramızın əməkdaşları uzun illərdir ki, bolqar, yunan və türk dillərini tədris edirlər. Onlar təkcə tədris prosesi ilə deyil, eyni zamanda, elmi tədqiqat işləri ilə məşğuldurlar. Aparılan elmi tədqiqatlar nəticəsində sanballı elmi əsərlər hazırlayırlar. Əsas mövzular Balkan dillərinin filoloji məsələləri, ədəbiyyat, mədəniyyət və incəsənət, etnoqrafiyalarını əhatə edir.

- Balkan dilləri və mədəniyyətləri ilə bağlı yerli və beynəlxalq konfranslar, seminarlar təşkil edirsinizmi?

- Ötən ilin iyun ayında universitetdə Azərbaycanda ilk dəfə olaraq “Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirildi. Bu konfransa Albaniya, Şimali Makedoniya, Serbiya, və Bolqarıstandan professorlar qatıldılar. Konfransın əsas mövzusu Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsi idi. Həmçinin sentyabrda BSU-da “Azərbaycan-Bolqarıstan filoloji əməkdaşlığı: problemlər və imkanlar” mövzusunda Sofiya Universitetindən gələn nümayəndə heyəti ilə birlikdə dəyirmi masa təşkil olunaraq fikir mübadiləsi aparıldı. Dekabrda Şimali Makedoniya Müqəddəs Kiril və Mefodi Universiteti Filologiya fakültəsi Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin BSU-nun regionşünaslıq ixtisasında Türkiyə və Balkanlar regionu üzrə təhsil alan tələbələrinə onlayn olaraq “Keçmişdən günümüzə qədər Şimali Makedoniya” mövzusunda mühazirə oxuyub, tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi apardı.

- Balkan dillərinin tədrisində hansı resurs və metodologiyalardan istifadə olunur?

- Tədris prosesində türk, yunan, bolqar dilləri üzrə müvafiq dərsliklərdən, ədəbiyyatlardan istifadə olunur. Bolqar, yunan və türk dillərində müxtəlif səviyyələr üçün dərs vəsaitləri istifadə olunur. Kafedranın yunan və bolqar dili mütəxəssisləri azərbaycanlı tələbələr üçün Azərbaycan dilində müxtəlif səviyyələr üzrə dərs vəsaitləri hazırlayırlar. Dərs vəsaitləri ilə yanaşı, əməkdaşlar monoqrafiyalar da hazırlayırlar. Məsələn, bolqar dili mütəxəssisi tərəfindən “Bolqar xalq nağılları” Azərbaycan dilinə tərcümə edilib, yunan dili mütəxəssisləri tərəfindən “Azərbaycanca-yunanca, yunanca-Azərbaycanca danışıq kitabçası” hazırlanıb, türk dili mütəxəssisləri tərəfindən “İxtisas ölkəsinin dili (Türk dili)” dərs vəsaiti, “Türkcə oxu mətnləri” hazırlanaraq çap olunub. Eyni zamanda, kafedra əməkdaşları tələbələrlə birlikdə layihələr həyata keçirirlər ki, bu layihələr tədris prosesində əlavə ədəbiyyatlar olaraq istifadə olunur. Məsələn, yunan dili mütəxəssisləri müxtəlif kurslardan tələbələrlə birlikdə “Dahi yunan şairi Kavafisin seçilmiş şeirləri”ni Azərbaycan dilinə tərcümə edərək tədris prosesində də istifadə olunacaq faydalı bir ədəbiyyat ərsəyə gətiriblər.

Balkanşünaslıq kafedrasında azərbaycanlı mütəxəssislərlə yanaşı bolqar və yunan dil daşıyıcısı müəllimlər də fəaliyyət göstərməkdədir. Bildiyimiz kimi, xarici dili birbaşa dil daşıyıcısından eşitmək o dilin öyrənilməsini daha effektiv edir. Bolqar və yunan dil daşıyıcısı müəllimlərin öz dillərini müxtəlif metodologiyalarla tələbələrimizə mənimsətmələri onların gələcəkdə yaxşı mütəxəssis olmalarında müəyyən rol oynayacaq.

- Hazırda bu dillərin tədrisi üçün kifayət qədər kadr varmı?

- BSU-da bolqar, yunan və türk dilləri, qeyd etdiyim kimi, uzun illərdir tədris olunur. Kafedrada bu dilləri tədris edən ixtisaslaşmış müəllimlərimiz fəaliyyət göstərir. Amma təbii olaraq, biz bununla kifayətlənməyib yeni kadrların hazırlanması üçün çalışırıq.

- Balkan dilləri və mədəniyyətini daha geniş kütlələrə tanıtmaq üçün hansı yeni təşəbbüsləri həyata keçirməyi düşünürsünüz?

- Balkan ölkələri ilə Azərbaycanın tarixi və mədəni əlaqələri ilə yanaşı, hazırda strateji, siyasi, iqtisadi, təhlükəsizlik, enerji və hərbi sahələrdə də geniş əlaqələri mövcuddur. Qeyd etdiyim ki, Balkan regionu “Avropanın Qafqazı” adlandırılır. Məhz bu baxımdan düşünürük ki, Balkan ölkələri Azərbaycanda tanınmalı, müxtəlif tədqiqatlara cəlb olunmalıdır. Qarşılıqlı şəkildə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi də Balkan ölkələrində tanıdılmalıdır.

Kafedra olaraq Balkan mədəniyyətini geniş kütlələrə tanıtmaq üçün həmin ölkələrin alimləri ilə müxtəlifyönlü layihələrimiz var. Belə layihələrdən biri Şimali makedoniyalı professor Osman Eminin Azərbaycan dilinə tərcümə olunaraq mətbuatda dərc olunan “Balkan türk ədəbiyyatında türklük və türk dünyası” elmi məqaləsidir.

- Balkanşünaslıq kafedrasının yaxın gələcək üçün əsas hədəfləri və planları hansılardır?

- Hədəfimiz Balkan ölkələrinin dillərini dərindən mənimsəyən, Balkan ölkələrinin ədəbiyyatına, tarixinə, coğrafiyasına, mədəniyyətinə, incəsənətinə, etnoqrafiyasına, siyasətinə bələd olan yaxşı kadrlar, mütəxəssislər hazırlamaqdır. Eyni zamanda, digər Balkan dillərinin tədrisinə başlamaq, əməkdaşlıqları, ortaq layihələri, ortaq elmi araşdırmaları həyata keçirməkdir. Bu layihələr də kadr hazırlığını nəzərə alaraq, daha çox tələbəyönümlü olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb