“Nurlu ömrün anları” tamaşası xaçmazlı teatrsevərlərə təqdim olunub
Xaçmaz, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Heydər Əliyev adına Xaçmaz şəhər mədəniyyət mərkəzində teatrsevərlərə “Nurlu ömrün anları” tamaşasını təqdim edib. Tamaşa Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.