Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi –  TƏHLİL

Bakı, 16 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinə dair yanaşması çoxşaxəlidir. Bu, dövlətimizin başçısının münaqişəni təkcə hərbi və siyasi yekun kimi qiymətləndirməyərək daha fundamental hüquqi çağırışlar ortaya qoymasında özünü göstərir. Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışında bu kontekstdə mesajlar verdi: Münaqişə dövründə Ermənistan siyasi rəhbərliyinin verdiyi qərarlar, bəyanatlar, Qarabağda törədilən cinayətlərin hüquqi məsuliyyət məsələsinə baxılmalı və onlar icra olunmalıdır.

Bu, Azərbaycanın Ermənistan üzərində hərbi-siyasi qələbəsindən sonra formalaşmış yeni reallıqların şərtləridir. Rəsmi Bakı beynəlxalq hüquq və beynəlmiləl cəzalandırma mexanizmlərindən adekvat cavab almadıqca münaqişə dövründə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində hüquqi mexanizmləri özü işə salır.

Bu proses Azərbaycanın suveren yurisdiksiyası çərçivəsində həyata keçirilir.

Şərti olaraq “Bakı tribunalı” adlandırıla biləcək bu proses Azərbaycanın münaqişə dövründə törədilmiş cinayətlərə hüquqi qiymət vermək və cəzasızlığı aradan qaldırmaq siyasətinin mühüm istiqamətidir.

Dövlətimizin başçısı aşağıdakı məqamları diqqətə çatdırdı:

- Ermənistan 2020-ci ildəki məğlubiyyətdən sonrakı dövrü hərbi potensialını bərpa etmək və yeni qarşıdurmaya hazırlaşmaq üçün istifadə edirdi;

- 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası, separatçılığın regionda sona çatması ilə nəticələndi;

- Ardınca münaqişə dövründə cinayətlər törətməkdə ittiham olunan separatçı rəhbərlərin Azərbaycan məhkəməsi qarşısına çıxarılması postmünaqişə mərhələsinin hüquqi müstəvisini formalaşdırdı.

Prezident İlham Əliyev hüquqi cəza dairəsinin genişləndirilməsini tələb edir

Prezident İlham Əliyev bu prosesi mahiyyətinə və formasına görə Nürnberq tribunalı ilə müqayisə edir. Bu analogiyanın hüquqi-siyasi məntiqi müharibənin nəticələri üzrə uyğunlaşmadan ibarətdir.

Prezident İlham Əliyevin AQEM -in Zirvə Görüşündə Ermənistanla əlaqədar qaldırdığı digər hüquqi məsələ də həmin çərçivənin davamı kimi başa düşülə bilər. Məqsəd münaqişə dövründə baş vermiş əməllərə hüquqi qiymət verilməsini gündəmdə saxlamaq və onun perspektivi üçün qiymətləndirmələr aparmaqdır.

Mövzunun aktual qalmasının başqa bir səbəbi var: Vaxtilə Ermənistan prezidenti olmuş Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan hələ də beynəlxalq hüququn cəza çərçivələrindən kənarda qalıblar.

Üstəlik, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra hərbi-siyasi rəhbərliyin yenilənməsi Ermənistanın Azərbaycana münasibətini daha təcavüzkar trayektoriyaya daxil etdi. Bu, sələflərin siyasətinin davam etdirilməsi demək idi və özünü aşağıdakı hadisələrdə göstərdi:

- Müdafiə naziri David Tonoyan ABŞ-də səfərdə olarkən “Yeni ərazilər üçün yeni müharibələr” doktrinasını elan edərək, işğal motivasiyası üçün hərbi məqamları beynəlxalq gündəliyə daşımaq istədi;

- Nikol Paşinyanın 2019-cu ilin avqustunda Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi, eləcə də həmin dövrdə Ermənistanın hərbi blokunda ritorikanın kəskinləşməsi münaqişənin siyasi həllini sıfırladı;

- 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində bir həftə davam edən döyüşlər İrəvanın elan etdiyi doktrinanın hərb meydanında sınağı idi və o, məğlubiyyətə düçar oldu;

- Qeyd olunan dövrdəki ritorikalar yurisdiksiya baxımından dəyərləndirmə üçün açıqdır: Nikol Paşinyan administrasiyasında olan və müharibəni tətikləyən şəxslərin də hüquqi məsuliyyəti var.

Üç keçmiş prezidentin mühakiməsi üçün səbəblər

Cari regional situasiya və onun sülhə, təhlükəsizliyə əsaslanan gələcəyi Azərbaycanın formalaşdırdığı geosiyasi reallıqlar çərçivəsindədir. Ancaq hüquqi cəhətdən bir mərkəzi fikir qətidir: Robert Köçəryan və Serj Sarkisyan mühakimə kürsüsünə çıxarılmalıdır.

Robert Köçəryan və Serj Sarkisyanın öz açıqlamalarında cinayətlərini fəxrlə etiraf edən fikirləri onların əməllərinə hüquqi qiymətin verilməsi prosesində mühüm sübut kimi əhəmiyyət daşıya bilər.

Levon Ter-Petrosyanı da bu hüquqi-siyasi mənzərədən kənarda saxlamaq olmaz. Çünki onun uzun müddət praqmatik siyasətçi obrazı ətrafında formalaşmış reputasiyası illər əvvəlki çıxışının yenidən gündəmə gəlməsi ilə ciddi suallar yaratdı. Həmin çıxışda Ter-Petrosyan azərbaycanlıların Ermənistan ərazisindən çıxarılmasına haqq qazandıran mövqe sərgiləyərək, etnik təmizləməni əsaslandırmağa çalışırdı. Bu fakt onun siyasi irsinin qiymətləndirilməsini, praqmatizm imicinin arxasında dayanan yanaşmalarının hüquqi tövsifini zəruri edir. Prezident İlham Əliyevin bu fikri həmin prizmada diqqət çəkir: “Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir”.

Beləliklə, Prezident İlham Əliyevin bəyanatı tarixi, siyasi məsuliyyət və beynəlxalq hüququn prinsipləri müstəvisində dəyərləndirilə bilər. Dövlətimizin başçısı bunu Ermənistanın keçmiş prezidentlərinə nisbətdə aşağıdakı formada qiymətləndirir: Siyasi hakimiyyət və yüksək dövlət vəzifəsi beynəlxalq cinayətlərə görə avtomatik immunitet yaratmır. Bunu tarixi nümunələrlə əsaslandırmaq olar.

İkinci Dünya müharibəsindən sonra yaradılmış Nürnberq Beynəlxalq Hərbi Tribunalı beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsinin formalaşmasında dönüş nöqtəsi olub. Nasist Almaniyasının siyasi, hərbi və iqtisadi elitasının üzvlərinin mühakiməsi dövlət hakimiyyətinin həyata keçirilməsi ilə beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət arasında prinsipial hüquqi sərhəd müəyyənləşdirdi.

1945-ci il noyabrın 20-də başlayan və 1946-cı il oktyabrın 1-də başa çatan əsas Nürnberq prosesi nəticəsində 24 əsas müttəhimin işi üzrə qərarlar elan edildi. Onlardan 12-si ölüm cəzasına məhkum olundu, 3 nəfər ömürlük, 4 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edildi. Üç müttəhimə bəraət verildi.

Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç 2001-ci ildə həbs edilərək keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına təhvil verilmişdi. O, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və digər ittihamlar üzrə mühakimə olunurdu. Lakin proses yekun hökmlə başa çatmadı: Miloşeviç 2006-cı il martın 11-də, məhkəmə davam etdiyi vaxt həbsdə vəfat etdi.

Bu nəticələr dövlət rəhbərliyində təmsil olunan şəxslərin də hüquq qarşısında cavabdehliyinin təsdiqi baxımından əhəmiyyətlidir.

Müddətin keçməsi və beynəlxalq cinayətlərə görə məsuliyyət

Bu proseslərin hüquqi əsaslarının qiymətləndirilməsində mühüm məsələlərdən biri cinayət məsuliyyətinə cəlbetmə müddətləridir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsi müəyyən şərtlər daxilində cinayət məsuliyyətinə cəlbetmə müddətlərini tənzimləyir. Həmin maddədə nəzərdə tutulan ümumi qaydaya görə, müddətlər cinayətin kateqoriyasından asılı olaraq dəyişir. Lakin sülh və insanlıq əleyhinə cinayətlərə, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə və müharibə cinayətlərinə münasibətdə müddətin keçməsi ilə bağlı istisnalar mövcuddur.

Bu yanaşmanın məntiqi beynəlxalq hüququn mühüm prinsiplərindən biri ilə uzlaşır: müəyyən kateqoriyalı cinayətlərin ağırlığı və onların beynəlxalq ictimaiyyət üçün yaratdığı təhlükə adi cinayətlərə tətbiq olunan zaman məhdudiyyətlərinin eyni qaydada tətbiqini istisna edir.

Beləliklə, Azərbaycanın Qarabağ münaqişəsindəki hüquqi məsuliyyətlə əlaqədar yanaşmasının əsasını üç məsələ təşkil edir:

- Ölkəmizin həyata keçirdiyi məhkəmə proseslərinin beynəlxalq hüququn prinsiplərinə və milli qanunvericiliyin tələblərinə uyğunluğunun təmin olunması;

- Keçmiş dövlət başçılarının əməllərinin düzgün hüquqi təsnifata daxil edilməsi;

- Onların məsuliyyətinin sübutlarla əsaslandırılması üçün beynəlxalq mexanizmlərin işə salınması.

Müəllif – Aqşin Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib VİDEO

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib VİDEO

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub