Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib VİDEO

Vaşinqton, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib. Tədbirdə iştirak edən Transxəzər dəhlizi ölkələrinin hökumət nümayəndələri və işgüzar dairələrin təmsilçiləri Xəzər regionunun siyasi perspektivlərini müzakirə edib, müxtəlif layihələrin maliyyələşdirilməsi imkanlarını, bank sektorunun potensialını və normativ-hüquqi bazasını nəzərdən keçiriblər.

AZƏRTAC xəbər verir ki, Forum Xəzər Siyasi Mərkəzi tərəfindən ABŞ Ticarət Palatası, Azərbaycan, Əfqanıstan, Gürcüstan və Qazaxıstan səfirlikləri ilə birgə təşkil edilib. Nyu-Yorkda keçirilən Xəzər biznes-forumu ABŞ ilə Transxəzər dəhlizi ölkələri arasında strateji tərəfdaşlıq əsasında Amerikanın və Xəzər regionu ölkələrinin biznes birlikləri üçün geniş imkanlar yaradan mühüm platformadır.

Forumu Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti açıb. O, Xəzəryanı ölkələrin işgüzar, investisiya və maliyyə imkanlarının və vəzifələrin müzakirə edilməsi məqsədilə bir araya gəlmiş yüksəkvəzifəli məmurlarını, özəl sektorun rəhbərlərini və hökumət üzvlərini salamlayaraq işgüzar dairələrin bu regiona marağının artmasını qeyd edib, regionda Amerika şirkətləri üçün mövcud perspektivlər və imkanlar barədə söhbət açıb. Ə.Nifti vurğulayıb ki, Xəzər regionu ilə ABŞ arasında qarşılıqlı əlaqələri daha da fəallaşdırmaq vaxtı yetişib.

Təşkilatçıların giriş sözlərindən sonra Xəzər regionu ölkələrinin səfirləri bəyanatlarla çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov hökumətlərin və işgüzar dairələrin auditoriyadakı nümayəndələrinə müraciətlə qeyd edib ki, Azərbaycan regional əməkdaşlığın inkişafında aparıcı rol oynayır. O bildirib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün yeni investisiyalar qəbul etməyə hazırdır.

Sonra Qazaxıstanın ABŞ-dakı səfiri Yerjan Kazıxanov çıxış edib. O, auditoriyanın diqqətini regionlararası sabitliyin və əməkdaşlığın əhəmiyyətinə cəlb edib. Qazaxıstanın biznes üçün açıq olmasını xüsusi vurğulayan səfir qeyd edib ki, onun ölkəsi regional əlaqələri gücləndirmək əzmindədir.

Forumun işi iki panel iclasında davam etdirilib. ABŞ Ticarət Palatasının nümayəndəsi Geri Litmanın moderator olduğu, regional perspektivlərə həsr edilmiş birinci paneldə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini səfir Elis Uells, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi, dövlət katibinin köməkçisinin müavini Corc Kent, Əfqanıstan xarici işlər nazirinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müavini Adela Raz, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili çıxış ediblər.

Elis Uells regionun perspektivlərindən söhbət açaraq deyib ki, regional iqtisadi əlaqələr Əfqanıstanda və daha geniş regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir. Corc Kent öz növbəsində qeyd edib ki, müxtəlif mədəniyyətlərin cəmləşdiyi bu regionun ticarət və kommersiya əlaqələri üçün əlverişli zona olması iyirmi beş ildən çox bundan əvvəl məlum idi və heç şübhəsiz, regionda sabitlik zəruridir. C.Kent vurğulayıb: “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”.

Adela Raz özündən əvvəl çıxış edənlərin arqumentlərini dəstəkləyərək əminliklə bildirib ki, Mərkəzi Asiyada regional inteqrasiya gələcək iqtisadi inkişafın düzgün üsuludur.

Sonra çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov regionda həyata keçirilən enerji və nəqliyyat layihələrindən söhbət açaraq vurğulayıb ki, bu layihələr həm regionun özünün, həm də region hüdudlarından kənardakı ərazilərin iqtisadi potensialını genişləndirir. Nazir regional inkişaf, həmçinin biznes və investisiyalar üçün imkanlar yaradılması siyasətinə Azərbaycanın münasibətini bildirib.

Vaxtanq Maxaroblişvili insan kapitalından söhbət açaraq bəyan edib ki, Gürcüstan hökuməti gənc nəslə biznesin qaydalarını öyrətmək məqsədilə peşə təhsilinin təşkili üzərində səylərini cəmləşdirir.

Xəzər Siyasi Mərkəzinin Məşvərət Şurasının üzvü Lyuk Koffinin moderator olduğu ikinci panel biznes və investisiyalar mövzusuna həsr edilmişdi. Bu paneldə BP şirkətinin beynəlxalq əlaqələr şöbəsinin Robert Şer, Gürcüstan səfirinin müavini Giorgi Tsikoliya, “OBIE Technologies” şirkətinin biznesin inkişafı üzrə direktoru Bronson Piket, SOCAR prezidentinin müşaviri Murad Heydərov və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta çıxış ediblər.

Robert Şer öz çıxışında beynəlxalq biznesdə əlaqələrin vacibliyini vurğulayıb. G.Tsikoliya qeyd edib ki, Birləşmiş Ştatlar “yumşaq qüvvə” vasitəsilə öz təsirini genişləndirməlidir, ticarət isə məhz belə üsuldur. O deyib ki, yaxın 3-5 ildə region iqtisadiyyatında ABŞ-ın daha fəal iştirakını görəcəyinə ümid edir. B.Piket öz növbəsində regionun inkişafında telekommunikasiya əlaqələrinin vacibliyini bildirib. M.Heydərov öz çıxışında vurğulayıb ki, enerji sektorunun inkişafı iqtisadi artıma şərait yaradır və böhranlı dövrlərdə iqtisadiyyatın qorunmasına xidmət edir. Səfir Robert Sekuta deyib ki, regional bazarın imkanlarını genişləndirmək üçün hökumətlərlə işgüzar dairələr arasında daimi əlaqə olmalıdır.

Forumda 100-dən çox şirkətin və təşkilatın nümayəndələri iştirak ediblər.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib