Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs tutulub
Bakı, 3 noyabr, AZƏRTAC
Qax rayonunda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O, oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib. Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]