OĞUZDA YENİ XƏSTƏXANA BİNASI İNŞA EDİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müasir standartlara uyğun inşa edilən 80 çarpayılıq kompleksdə növbə ərzində 250 xəstə qəbul edə biləcək poliklinika, cərrahiyyə, reanimasiya, terapiya, nevrologiya, doğum, uşaq, yoluxucu xəstəliklər şöbələri, qadın məsləhətxanası, aptek və s. fəaliyyət göstərəcəkdir. Müxtəlif təyinatlı 16 binadan ibarət xəstəxana kompleksinin ümumi sahəsi 3 min 100 kvadratmetrdir.
İki ilə tam istifadəyə verilməsi nəzərdə tutulan kompleksin tikintisini “Oğuz Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları aparırlar. Burada 60 nəfərə yaxın işçi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]