Oğuzlular ağacəkmə aksiyalarında fəal iştirak edirlər
Oğuz, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının təşəbbüsü ilə Oğuz şəhərində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, budəfəki aksiyada əsasən gənclər iştirak etmişlər. Aksiya zamanı şəhərin müxtəlif ərazilərində bir neçə yüz çinar, şam və digər ağac növləri, gül kolları əkilmişdir.
Rayonda ağacəkmə aksiyası artıq bir neçə həftədir ki, davam edir. Oğuzlular ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən bu xeyirxah aksiyalarda fəallıq nümayiş etdirirlər.
Son iməciliklərdə avtomobil yollarının kənarında, parklarda, idarə və müəssisələrin həyətlərində 3 mindən artıq ağac əkilmişdir. Ağacəkmə aksiyalarında rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi də yaxından iştirak edir. Müəssisə tərəfindən payız meşə əkini dövründə 40 hektar sahədə yeni meşəliklərin salınması planlaşdırılır.
Ümumiyyətlə, payız mövsümündə rayon ərazisində 30 mindən artıq ağac və gül kollarının əkilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]