Oklenddə daşqın səbəbindən fövqəladə vəziyyət elan olunub VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Yeni Zelandiyanın Oklend şəhərində daşqınlar nəticəsində azı üç nəfər həlak olub, bir nəfər isə itkin düşüb.
AZƏRTAC “Radio New Zealand” radiostansiyasına istinadla xəbər verir ki, hakimiyyət orqanları ölkənin ən böyük şəhərində daşqınlar səbəbindən meqapolisdə və ətraf rayonlarda yeddigünlük fövqəladə vəziyyət rejimi elan edib.
Meteorologiya xidmətlərinin məlumatına görə, ötən sutka ərzində regiona 380 millimetr yağıntı düşüb.
Təbii fəlakət ictimai nəqliyyatın işini pozub, bəzi magistrallarda avtomobillərin hərəkəti dayandırılıb. Qərb rayonlarında elektrik xətlərinin qırılması əhalini işıqsız qoyub.