OKSFORD-AZƏRBAYCAN CƏMİYYƏTİNİN TƏQDİMATI OLMUŞDUR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 24-də Oksford şəhərində Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilmişdir.
Əsası cari ilin fevralında qoyulmuş təşkilat şəhərdə təhsil alan azərbaycanlı gənclərin təşəbbüsü ilə yaradılmış və Azərbaycan haqqında həqiqətlərin təbliği, ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Açılış mərasimində Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanov və səfirliyin əməkdaşları, Oksford şəhərinin meri xanım S.Pressel və şəhər şurasının nümayəndələri, eləcə də burada təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak etmişlər.
Əvvəlcə cəmiyyətin həyata keçirdiyi işlər və gələcəkdə nəzərdə tutulan layihələr haqqında məlumat verilmişdir.
Səfir F.Qurbanov Böyük Britaniyanın ən qədim təhsil ocaqlarından olan və tanınmış ictimai-siyasi xadimlərin təhsil aldıqları Oksford Universitetində azərbaycanlı gənclər tərəfindən belə bir cəmiyyətin qurulmasının iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsinə və ölkəmiz haqqında həqiqətlərin çatdırılmasına öz töhfəsini verəcəyini vurğulamışdır. O, belə cəmiyyətlərin qurulmasının və azərbaycanlı gənclərin sosial-ictimai fəallığının yüksək olmasının sevindirici hal olduğunu bildirmiş və cəmiyyətə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Oksford şəhərinin meri S.Pressel gənclərin şəhərin ictimai həyatında fəal iştirakının təqdirəlayiq hal olduğunu vurğulamışdır. O, şəhər rəhbərliyi tərəfindən belə təşəbbüslərin dəstəkləndiyini qeyd etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]