Olaf Şolts və Donald Tramp telefon söhbətində Ukraynadakı vəziyyəti müzakirə ediblər
Berlin, 20 dekabr, AZƏRTAC
Almaniyanın Federal Kansleri Olaf Şolts ilə ABŞ Prezidenti vəzifəsinə yeni seçilən Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, telefon söhbəti zamanı digər məsələlərlə yanaşı, Ukraynada davam edən müharibə barədə də müzakirələr aparılıb.
Hökumət sözçüsü Steffen Heberştraytın telefon danışığı ilə bağlı açıqlamasında Olaf Şoltsun və Donald Trampın "Ədalətli və davamlı sülhün mümkün qədər ən qısa müddətdə əldə olunmasının vacibliyi" barədə ortaq mövqe sərgilədiklərini bildirib. Kansler Rusiya ilə müharibədə Ukraynanı ehtiyac duyduğu müddətdə dəstəkləmək istəyini bir daha ifadə edib.
Bu, Kansler Olaf Şoltsun Donald Trampın prezident seçilməsindən sonra onunla ikinci telefon danışığıdır.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]