Oliver Berman: Azərbaycan Qran-Prisinin karyeramda xüsusi yeri var
Bakı, 12 sentyabr, AZƏRTAC
"Azərbaycan Qran-Prisinin karyeramda xüsusi yeri var. Burada 20 pilotdan biri olmaq böyük şansdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Haas" komandasının pilotu Oliver Berman Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Niderlandlı Kevin Maqnusseni əvəzləyəcək 19 yaşlı britaniyalı sürücü məsuliyyət hiss etdiyini vurğulayıb: "Komandam məndə potensial gördü. Əlbəttə ki, çox çalışmışam. Buna görə də mənə ümidlər böyükdür. Bu, mənim Bakıdakı ilk yarışım olmayacaq. Düşünürəm ki, risk almaq lazımdır. Bunu etməsəm, gücümü göstərə bilməyəcəyəm".
O.Berman Azərbaycan Qran-Prisinin onun üçün böyük təcrübə olacağını bildirib: "Yarışdan-yarışa təcrübəmin artdığını hiss edirəm. Nəticədən asılı olmayaraq, hər andan həzz almağa çalışacağam".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]