Oliver Varhelyi yenidən Aİ komissarı postuna namizəddir
Bakı, 29 iyul, AZƏRTAC
Macarıstan hökuməti Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı postuna Oliver Varhelyinin namizədliyini yenidən irəli sürüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Orban Viktor öz sosial şəbəkə hesabında yazıb.
“Bu yaxınlarda Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenlə telefonla məsləhətləşmələrimdən sonra Avropa Komissiyasına namizədim növbəti dəfə Oliver Varhelyi oldu. Son beş il ərzində komissar Varhelyi sübut etdi ki, Aİ həm qonşuluğunda, həm də ondan kənarda müsbət fərq yarada bilər. O, qarşıdan gələn Komissiyada da əla işləyəcək”, - deyə Baş nazir Orban bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]