Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti olacaq.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı gözlənilir. Çimərliklərdə şimal-şərq küləyi əsəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturunun gecə 11-16°, gündüz 21-25° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu gecə 14-19°, gündüz 24-29° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Havanın temperaturunun gecə 19-22°, gündüz 29-34° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək.