ÖLKƏ FUTBOL ÇEMPİONATININ OYUN TƏQVİMİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR
Buna səbəb aprelin 12-də Bakıda Azərbaycan və Türkiyə yığmaları arasında beynəlxalq yoldaşlıq görüşünün keçirilməsinin nəzərdə tutulması və bir neçə gün sonra 21 yaşlılardan ibarət komandamızın Avropa çempionatının təsnifat mərhələsində irlandiyalı həmyaşıdları ilə qarşılaşmasıdır.
Çempionatın son səkkiz turunun hamısının vaxtı dəyişdirilərək, təqvim üzrə nəzərdə tutulandan bir gün əvvələ təyin edilmişdir. Dəyişikliyə əsasən, XIX tur martın 30-da və aprelin 1-2-də, XX tur aprelin 5-6-da, XXI tur aprelin 16-17-də, XXII tur aprelin 21-də, XXIII tur aprelin 29-da, XXIV tur mayın 6-7-də, XXV tur mayın 14-də, XXVI tur mayın 22-23-də keçiriləcəkdir.
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşləri aprelin 25-də, cavab oyunları isə mayın 3-də olacaqdır. Kubokun final oyunu 28 May – Respublika Günü olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]