Ölkəmiz ilk dəfə Finlandiyada keçiriləcək Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 13 yanvar (AZƏRTAC). Azərbaycanın turizm imkanlarını daha geniş şəkildə təbliğ etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları cari ilin yanvarında daha bir beynəlxalq sərgidə iştirak edəcəklər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək “MATKA-2011” sərgisində Azərbaycanın turizm potensialı ziyarətçilərə 24 kvadratlıq lövhədə təqdim olunacaqdır.
Sərginin ziyarətçilərinə, həmçinin Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün ingilis və alman dillərində reklam-çap məhsulları, disklər, ölkəmizin istirahət mərkəzləri və təbiətini əks etdirən bukletlər paylanacaqdır.
Azərbaycan bu sərgidə ilk dəfə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]