ÖLKƏMİZ TRANSMİLLİ LAYİHƏLƏRDƏ ETİBARLI TƏRƏFDAŞ OLDUĞUNU SÜBUT ETMİŞDİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsi Asiya ölkələri, xüsusən də Qazaxıstan və Türkmənistan üçün yeni imkanlar yaradacaqdır. Hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarlarına çıxarılması barədə danışıqlar aparılır. Bir sıra vacib sənədlər, o cümlədən hökumətlər arasında imzalanacaq saziş layihəsi hazırlanmışdır. Layihənin həyata keçirilməsi və yeni Trans Xəzər Sisteminin yaradılması nəticəsində Qazaxıstanın Kaşaqan yatağında olan 10-13 milyard barrel çıxarıla biləcək neft ehtiyatlarından gündə 500 min barrel bu sistem vasitəsilə Avropa bazarlarına çatdırılacaqdır. Türkmənistan və Qara dəniz regionunun digər ölkələri də bu layihəyə böyük maraq göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]