ÖLKƏMİZDƏ MİNİMUM ƏMƏKHAQQI İLDƏN-İLƏ QALXACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinə həsr olunmuş konfransda məlumat vermişdir. Prezident söyləmişdir ki, minimum əməkhaqqının bir neçə dəfə qalxması bizi qane edə bilməz, çünki bu, insanın minimum tələbatını ödəməlidir. Azərbaycanda minimum əməkhaqqı ildən-ilə qalxacaqdır. Gördüyümüz işlər, gələcəkdə bizi gözləyən böyük neft gəlirləri bu imkanı yaradacaqdır. Ancaq biz makroiqtisadi sabitliyi poza bilən amillərdən özümüzü qorumalıyıq.