Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə sağlamlıq turizminin inkişafına həsr olunmuş iclas keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək şəhərin turizm potensialı haqqında məlumat verib. Bildirib ki, sağlamlıq turizmi sahəsində geniş tanınan Naftalan nefti ilə müalicə son illər daha da məşhurlaşmaqdadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına öz təsirini göstərir. Hazırda Naftalanda üçü beş ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onların da yeddi mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşı olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir vurğulayıb ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas yerlərdən birini tutan turizm sənayesi daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Qeyd olunub ki, son bir neçə ildə turizm sənayesində həyata keçirilən tədbirlər, o cümlədən ölkə başçısının “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası bu sahədə yeni mərhələnin əsasını təşkil edir. 2017-ci ildə Azərbaycan Respublikası Turizm Şurasının fəaliyyətə başlaması da bu sahədə aidiyyəti qurumların işinin əlaqələndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Ə.Qarayev ölkəmizdə, digər turizm növləri kimi, sağlamlıq turizminin də böyük potensialının olduğunu bildirərək söyləyib ki, bu turizm növünün inkişafı etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb. Sənədin müvafiq bəndlərinin icrası üçün Turizm Şurası tərkibində Sağlamlıq turizmi üzrə İşçi qrupu (eləcə də Naftalan üzrə neft-tədqiqat qrupu) yaradılıb. Turizm Şurasının qərarına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Naftalan Şəhər İcra Hakimiyyətinin, Milli Turizm Təbliğat Bürosunun və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunun tərkibi təsdiq olunub.

Nazir əlavə edib ki, Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələri var: “Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Naftalanda, Qalaaltıda, Qəbələdə, Naxçıvanda və Lənkəranda yeni infrastruktur yaradılıb. Bu istiqamətdə fəaliyyət, eyni zamanda, Xızı-Xaçmaz, Quba və Qusar rayonları ərazisində turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlər davam etdirilir”.

Nazir həmin turizm mərkəzlərində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılmasının vacibliyini qeyd edib. O deyib ki, yaxın şəhər və rayonlara ekskursiyaların təşkili, turistlərin asudə vaxtının səmərəli keçirilməsi də xüsusi önəm daşıyır. Bu, turizm müəssisələrinə əlavə gəlir gətirməklə yanaşı, həm də ölkəmizin mədəniyyətinin və tarixi məkanlarının təbliğinə xidmət etmiş olacaq.

Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”nın layihəsi hazırlanıb. Azərbaycan Turizm Şurasının müvafiq qərarına əsasən, ilkin mərhələdə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın sağlamlıq turizmi imkanlarının iqtisadi səmərəliliyi barədə təhlillərin hazırlanması, daha sonra isə Fəaliyyət planının üzərində iş aparılması nəzərdə tutulur.

Qalaaltı, Naftalan və Duzdağda yenidənqurma işlərindən danışan nazir deyib: “Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Eləcə də Qalaaltı və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər həyata keçirilir. Beynəlxalq sertifikatlar ölkənin bu sahədə imkanlarının daha geniş miqyasda tanınmasına və xaricdən turist axınına təkan verəcək. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutu çərçivəsində Qalaaltı kurortu 2016-cı ildə bu beynəlxalq təşkilata bərabərhüquqlu üzv seçilib. 2018-ci ilin may ayında EHTTA-nın növbəti Baş assambleyası Qalaaltıda keçiriləcək”.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Naftalan neftinin institutda tədqiq olunması, nəticələri və müalicə əhəmiyyəti barədə çıxış edib. Akademik Naftalan neftinin tərkibi, onun müalicəvi əhəmiyyəti haqqında geniş məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Abil Ağasiyevin Azərbaycanın sağlamlıq turizminin imkanları, o cümlədən Qalaaltı, Naftalan və Duzdağın potensialı barədə məruzəsi dinlənilib.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizin bu sahədə imkanlarının təşviq olunması, beynəlxalq aləmdə tanıdılması ilə bağlı görülən işlər haqqında məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır