Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Ötən il Dövlət Statistika Komitəsinin Tədqiqat və statistika sektoru tərəfindən ölkəni tərk edən turistlər arasında sorğu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sorğu qonaqların Azərbaycan haqqında təsəvvürlərini anlamaq məqsədilə təşkil edilib. Sorğunun nəticələrinə əsasən, əcnəbi turistlər arasında ən məşhur regionlar Qəbələ, Quba, Şəki, Qusar, Şamaxı, Gəncə və Naftalan kimi şəhərlər olub. Ən məşhur görməli yerlər tarixi məkanlar (70 faiz) və məşhur abidələr (55 faiz) hesab olunub. Xarici turistlər əsasən şəxsi təhlükəsizlik və rahatlıq, yerli insanların mehribanlığı və yerli mətbəxin keyfiyyətindən məmnundurlar, yerləşdirmə vasitələri, suvenir və aviabiletlərin qiymətlərindən isə nisbətən narazıdırlar.
Sorğu dörd şəhərdə - Quba, Şəki, Lənkəran və Gəncədə həm xarici, həm də yerli turistlərlə üz-üzə müsahibələr əsasında aparılıb. Sorğu nəticələrinə əsasən hər şəhər üçün əsas turizm məkanları və turizm fəaliyyət növləri aşkar edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]