ÖLKƏMİZİN ANKARADAKI SƏFİRLİYİNDƏ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasimdə Türkiyənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, ümummilli liderimizin şəxsən tanıdığı qardaş ölkənin ictimai-siyasi xadimləri, Ankaranın ali təhsil ocaqlarında işləyən azərbaycanlı professor və müəllimlər iştirak edirdilər. Ümummili liderimizin dostu professor İhsan Doğramaçı mərasimdən əvvəl səfir Zakir Həşimova telefonla zəng edərək xəstə olduğu üçün mərasimə gələ bilməyəcəyindən təəssüfləndiyini və evinə din xadimini dəvət edərək ulu öndərin ruhuna yasin oxutdurduğunu bildirmişdir.
Öncə mərasim iştirakçıları ümummilli liderimizin büstünün önünə əklil və tər çiçəklər qoydular. Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra din xadimi mərhumun ruhuna dua oxudu.
Sonda mərasim iştirakçılarına ehsan verildi.