Olman Vargas: İqlim dəyişikliklərinə qarşı əməkdaşlıq gücləndirilməlidir
Bakı, 22 may, AZƏRTAC
İqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və texnologiya transferi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da Kosta-Rika Mühəndislər Kollecinin nümayəndəsi Olman Vargas deyib.
O vurğulayıb ki, müxtəlif ölkələr arasında təcrübə mübadiləsi, strateji tərəfdaşlıq və məlumat paylaşımı iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığın artırılması baxımından xüsusi rol oynayır.
"Hazırda üzərində işlənilən normativ sənədin 2027-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur. Əldə olunan təcrübə müxtəlif ölkələrdə yerli şərait nəzərə alınmaqla tətbiq edilə bilər", - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [13:52]
Tədqiqatçı: Şəhərsalma gələcək üçün həyati əhəmiyyət kəsb edir
- 22.05.2026 [13:52]