Olqa Mazuryonok: Azərbaycan ikinci Avropa Oyunlarının təşkilində yaxından iştirak edib
Minsk, 21 iyun, AZƏRTAC
Dövlətimiz və xalqımız Avropa Oyunları kimi nəhəng yarışa ev sahibliyi etdiyi üçün xoşbəxtdir.
AZƏRTAC xəbər verir ki, bunu Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında belaruslu marafonçu Olqa Mazuryonok iyunun 21-də start götürən II Avropa Oyunları ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycan II Avropa Oyunlarının təşkilində Belarusa yaxından kömək edib. Azərbaycanlı mütəxəssislər hazırlıq prosesində köməklərini əsirgəməyiblər.
Oyunların məşəlinin estafetində iştirak edən 29 yaşlı atlet Azərbaycanda baş tutan “Bakı 2015” I Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil olunduğunu xatırladaraq deyib: “Ümid edirəm ki, biz də bu mötəbər turniri yüksək səviyyədə keçirəcəyik. Sizləri burada görməkdən şadam. Hər kəsə uğurlar arzulayıram. Bir çox idman növlərində favoritlərimiz var. Bütün təmsilçilərimizə azarkeşlik edəcəyik. Ümid edirəm ki, atletikada yüksək nəticələrimiz olacaq”.
Ötən il Berlindəki Avropa çempionatında marafon qaçışı zamanı burnundan qan açılmasına baxmayaraq, mübarizəni davam etdirərək yarışın qalibi olan O.Mazuryonok əsas hədəfinin Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu bildirib: “Təəssüf ki, marafon növü Avropa Oyunlarının proqramına daxil edilməyib. Sentyabrda Dohada keçirilən dünya çempionatına hazırlaşıram. Böyük hədəfim və planlarım var. Olimpiya çempionu adını qazanmaq arzum hələ ki, elə arzu olaraq qalır. Ancaq onu reallaşdıracağıma inanıram”.
Qeyd edək ki, Azərbaycan II Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]