Omanla BƏƏ elektrik şəbəkələrini birləşdirir
Qahirə, 12 sentyabr, AZƏRTAC
Omanla BƏƏ elektrik enerjisi şəbəkələrini birləşdirir. Bu məqsədlə Körfəz Elektrik Rabitəsi Şurası ilə “Sohar International Bank” arasında 500 milyon ABŞ dolları dəyərində mərhələli maliyyələşdirmə sazişi imzalanıb.
AZƏRTAC BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, layihə bölgədə enerji təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında enerji ticarəti və mübadiləsinin artırılmasına töhfə verəcək strateji addım kimi qiymətləndirilir.
Layihə çərçivəsində BƏƏ-də Sila stansiyası ilə Oman Sultanlığında Əbri stansiyası arasında 400 kilovoltluq ikidövrəli elektrik xətti çəkiləcək. Xəttin ümumi uzunluğu 530 kilometr təşkil edəcək.
Bundan başqa, Əbridə və BƏƏ-nin Beynunə bölgəsində hərəsi 400 kilovolt gərginlikli iki ötürmə stansiyası inşa ediləcək. Stansiyalar, ümumilikdə 1600 meqavat güc təmin edəcək.
Layihə Körfəz ölkələrinin enerji şəbəkələrinin inteqrasiyası istiqamətində strateji addım olmaqla yanaşı, bölgədə elektrik sistemlərinin etibarlılıq və davamlılığının artırılmasına xidmət edəcək. Bu, həm də qlobal enerji infrastrukturunun inkişafı və dayanıqlı inkişaf hədəfləri ilə uyğunluq təşkil edir.
Körfəz Elektrik Rabitəsi Şurasının İdarə Heyətinin sədri Muhsin bin Həmd əl-Həzrəmi layihəni Körfəz ölkələrinin elektrik şəbəkələrinin inteqrasiyası sahəsində keyfiyyətcə yeni mərhələ adlandırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]