OMBUDSMAN APARATI UNİCEF-LƏ BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRİR
Ombudsmanın nümayəndələri bu məqsədlə Gəncədə, Qubada və Naxçıvan MR-in Şərur rayonunda “Azərbaycanda uşaq hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda üçgünlük təlim kursları təşkil etmişlər.
Kurslarda iştirakçılara insan hüquq və azadlıqları, o cümlədən Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsində Ombudsmanın rolu və uşaqlara dair həyata keçirilən dövlət proqramları haqqında məlumat verilmişdir.
Quba xüsusi ümumtəhsil internat məktəbində keçirilən birgünlük kurslarda şagirdlərə Uşaq Hüquqları Konvensiyasının müddəalarını aşılamaq məqsədi ilə interaktiv oyunlar keçirilmiş, onların fikirləri öyrənilimişdir.
Təlim başa çatdıqdan sonra uşaqlara məktəb ləvazimatı hədiyyə olunmuşdur.
Proqram çərçivəsində daha iki rayonda təlimlər keçiriləcəkdir.