Ömər Eldarov: Muzey Mərkəzinin yenilənmiş sərgi zalları təsviri sənətimizin inkişafına töhfədir
Bakı, 8 iyul, AZƏRTAC
Muzey Mərkəzində yenilənmiş sərgi zallarının istifadəyə verilməsi Azərbaycan təsviri sənəti üçün mühüm hadisədir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq rəssamı Ömər Eldarov bildirib.
O, bu məkanın uzun illər ölkə rəngkarlığının əsas mərkəzlərindən biri olduğunu və bir çox görkəmli rəssamların əsərlərinə ev sahibliyi etdiyini bildirib.
Ömər Eldarov diqqətə çatdırıb ki, müasir tələblərə uyğun şəkildə yenilənən sərgi zalları rəssamların yaradıcılıq imkanlarının genişlənməsinə, əsərlərin daha yüksək səviyyədə təqdim olunmasına və gənc nəslin təsviri sənətə marağının artmasına xidmət edəcək.
Xalq rəssamı mədəniyyətə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, layihənin həyata keçirilməsində əməyi olan bp şirkətinə, Mədəniyyət Nazirliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirib.
Onun sözlərinə görə, belə layihələr milli təsviri sənətin inkişafına və Azərbaycan rəssamlığının zəngin ənənələrinin yaşadılmasına mühüm töhfə verir.
Müxbir - Şəlalə Camal
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]