OPEC-in 60 illik yubiley tədbiri təxirə salınıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu ay Bağdadda keçirilməsi planlaşdırılan 60 illik yubiley tədbiri koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, İraqın Neft naziri İhsan Əbdül Cabbar OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindoya göndərdiyi məktubda təşkilatın 60-cı ildönümünə ev sahibliyi edə bilməyəcəklərindən məyusluq duyduqlarını bildirib. Nazir insanların sağlamlığı və təhlükəsizliyinin çox vacib məsələ olduğunu vurğulayıb.
Qeyd edək ki, bu il sentyabrın 10-14-də İraqın paytaxtında OPEC-in 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu.
OPEC 5 qurucu üzv - İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən 1960-cı ildə Bağdadda yaradılıb. Hazırda kartelə 13 neft istehsal edən ölkə üzvdür.
OPEC, həmçinin bu ay təşkilatın katibliyinin Avstriyanın paytaxtı Vyanaya köçməsinin 55-ci ilini qeyd edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]