OPEC: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının neft tələbatı sutkada 44,7 milyon barelə çatacaq
Bakı, 15 iyul, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin neft tələbatının cari ildə gündəlik 2,7 milyon barel artaraq 44,7 milyon barelə yüksələcəyi nəzərdə tutulur.
AZƏRTAC Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) istinadla xəbər verir ki, ilin birinci rübündə qlobal iqtisadiyyatda, xüsusən də ABŞ-da gözləniləndən daha yaxşı iqtisadi bərpa prosesi və yeni növ koronavirus epidemiyasına qarşı mübarizədə vaksinasiyanın sürəti qlobal neft tələbatında əsas rol oynayıb. Digər tərəfdən, epidemiyada yeni növlərin ortaya çıxması iqtisadi artım proqnozları ilə bağlı qeyri-müəyyənlik yaratmaqda davam edir.
Bu il neft tələbatında ən böyük artımın Amerikada formalaşacağı gözlənilir. Artıma baxmayaraq, neft tələbatının 2019-cu ilin səviyyəsindən təxminən 3 milyon barel az olacağı proqnozlaşdırılır.
OECD-yə üzv olmayan ölkələrin neft tələbatının əsasən Çin və Hindistan hesabına gündəlik 3,3 milyon barel artacağı gözlənilir. Çin və Hindistanda güclü bərpa gözləntilərinə baxmayaraq, bu bölgədəki neft tələbatının 2019-cu ilin səviyyəsindən gündəlik 400 min barel az olacağı gözlənilir.
Gələn il qlobal iqtisadi artımda sağlam bərpa gözləntiləri və peyvənd proqramlarının sürətlənməsi, neftə olan tələbatında artım proqnozlarını dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]