“Optika-Mexanika” İstehsalat Birliyi ilə “ASELSAN” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq
Bakı, 12 sentyabr (AZƏRTAC). Müdafiə sənayesi naziri Yavər Camalov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2014” sərgisi çərçivəsində Türkiyənin “ASELSAN” şirkətinin idarə heyətinin sədri Hasan Canpolatın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlik ilə “ASELSAN” şirkəti arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyi ilə “ASELSAN” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmasına dair razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib
- 24.09.2026 [15:48]
“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO
- 24.09.2026 [14:59]