Ordubaddakı qədim kəhriz təmir-bərpa olunur
Naxçıvan, 19 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kəhrizlər İdarəsi tərəfindən Ordubad rayonundakı “Hacı Fəttah” kəhrizində təmir-bərpa işləri aparılır.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Cəmiyyətin mətbuat xidmətindən bildirilib.
Qədim kəhrizlərdən hesab olunan “Hacı Fəttah” kəhrizi üzərində “qırxpillə” adlanan abidələr vardır ki, onların əksəriyyəti evlərin zirzəmilərində yerləşir.