Osman Nurməhəmmədov: Qazandığım medalı azarkeşlərə həsr edirəm
Bakı, 23 aprel, AZƏRTAC
Avropa çempionatında sərbəst güləş yarışlarında sonuncu medalımız Osman Nurməhəmmədovdan gəlib. Qitə birinciliyində ilk dəfə iştirak edən güləşçimiz 92 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, güləşçimiz yarışdakı çıxışı barədə Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib: “Bu, mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi. İlk görüş hər zaman çətin keçir. Birinci Almaniya, ikinci Bolqarıstan güləşçisinə qalib gəldim. Ancaq yarımfinalda Rusiya təmsilçisi ilə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum. Növbəti günə kökləndim. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum. Növbəti dəfə çempion olmağa çalışacağam. Yığma komandanın bütün məşqçilərinə və yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün şərait yaradan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Qazandığım bu medalı azarkeşlərə həsr edirəm”.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]