Ötən ay vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 67 faizi ötüb
Bakı, 12 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 204,7 milyon manata yaxın və ya 10,7 faiz artıb. Ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.