Ötən ay zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 625 müraciət edilib
Bakı, 3 may, AZƏRTAC
Aprel ayı ərzində Klinik Tibbi Mərkəzə zəhərlənmə ilə əlaqədar 625 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, 6-sı etanoldan, 6-sı ilan, 1-i arı sancmasından, 2-si göbələkdən,1-i dəm qazından zəhərlənib. Müraciət edənlərdən 9-u allergik reaksiya, 2-si botulizm, 1-i isə anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 6 nəfər sirkə turşusundan, 1 nəfər komatoz vəziyyətdən, 1 nəfər etanoldan, 1 nəfər botulizmdən zəhərlənənlərin həyatını xilas etmək mümkün olmayıb. Vəfat edənlərdən 8-i kişi, 1-i qadındır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]