Ötən il Beyləqanda 102 hektar sahədə meşə salınmışdır
Beyləqan, 14 yanvar (AZƏRTAC). Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Beyləqan Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, rayonun meşə fondu 9600 hektardır. Ötən 2013-cü ildə 102 hektar sahədə göyrüş, akasiya, qarağac, tut və digər ağac cinslərindən ibarət yeni meşələr salınmış, 130 hektar meşələrdə bərpa işləri aparılmışdır.
Kökləndirmək üçün 0,2 hektar sahədə 10 min ədəd qələm basdırılmış, 3,5 hektarda (160 min ədəd) böyütmə sahəsi yaradılmışdır.
Dörd hektar sahədə tinglik səpilmiş, 1741 kiloqram iydə, palıd və şam toxumu tədarük edilmişdir.
Cari ildə rayon ərazisində yeni meşələrin salınması davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]