Ötən il büdcədən sosialyönlü xərclərə 14,7 milyard manat ayrılıb
Bakı, 27 may, AZƏRTAC
2024-cü ildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşməsinə 14,7 milyard manat vəsait yönəldilib. Bu, ümumi büdcə xərclərinin 38,9 faizini təşkil edir və 2023-cü illə müqayisədə 304 milyon manat və ya 2,1 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.
S.Babayev bildirib ki, son 5 ildə (2020-2024) sosialyönlü xərclər üzrə artım 4 milyard manat və ya 37,7 faiz təşkil edib. Əməyin ödənişi, sosial ödənişlər, ərzaq, dərman və tibbi ləvazimatlar üzrə bu vəsaitlərin ayrılması əhalinin sosial rifahının qorunmasına və genişlənməsinə yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:47]
Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]