Ötən ilin ən yaxşı smartfonunun adı açıqlanıb
Bakı, 28 fevral, AZƏRTAC
“Mobile World Congress 2019” beynəlxalq sərgisinin münsiflər heyətinin qərarı ilə “Huawei Mate 20 Pro” 2018-ci ilin ən yaxşı smartfonu seçilib. Bu barədə tədbirin saytında deyilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fevralın 25-28-də Barselonada keçirilən sərgi çərçivəsində telekommunikasiya sahəsi üzrə ekspertlər, jurnalistlər, mobil operatorlar tərəfindən 30-dan çox nominasiyada qurğular, proqram və mobil texnologiyalar qiymətləndirilib.
Ən yaxşı smartfon adına “iPhone XS Max”, “Google Pixel 3”, “OnePlus 6T” və “Samsung Galaxy Note 9” smartfonları da namizəd olub.
Ötən il bu nominasiyada “iPhone X” modeli qalib gəlib.
“Huawei Mate 20 Pro”, həmçinin daha əvvəl “Business Insider” nəşrinin versiyasına görə, dünyanın ən yaxşı smartfonlar iyirmiliyində yer alıb. Nəşr tərəfindən ən yaxşı qurğu Çinin “OnePlus 6T” smartfon modeli seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]