Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən illərdə özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin fəaliyyətində qazanılmış ən əsaslı uğurlardandır

Ötən illərdə özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin fəaliyyətində qazanılmış ən əsaslı uğurlardandır

Bakı, 28 dekabr, AZƏRTAC

2006-cı ildən ölkəmizdə fəaliyyət göstərən sığorta-pensiya sisteminin ötən dövrdə özünümaliyyələşdirməsi təmin edilməklə yanaşı, sosial sığorta daxilolmaları dövlət büdcəsinin öhdəliklərinə aid edilən və sığorta təminatı olmayan pensiya xərclərinin maliyyələşdirilməsinə də əhəmiyyətli töhfə vermişdir.

Sığorta-pensiya sisteminin paradiqmal xüsusiyyətləri sosial sığorta haqlarının bir sıra unikal cəhətlərini ortaya qoyaraq, bu haqların vergilərlə müqayisədə konseptual olaraq tamamilə fərqli iqtisadi və hüquqi məzmununu şərtləndirir və oxşar yanaşma əsasında baxılmasını istisna edir.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin KİV üçün açıqlama verərək deyib:

-Dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, bəzi ekspertlər tərəfindən lazımi araşdırma və təhlillər aparılmadan, dövlətin pensiyaçılara münasibətdə fəal sosial müdafiə tədbirlərinin yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunması təəssüf hissi doğurur.

Sığorta-pensiya sisteminin real maliyyə nəticələri əsasında özünümaliyyələşdirmə vəziyyətinin qiymətləndirilməsi sistemin məhz özünəməxsus gəlir və xərclərinin, yəni ödənilmiş sosial sığorta haqları və bu ödənişlər müqabilində sistemin öz üzərinə götürdüyü sığorta təminatlı öhdəliklərin icrası vəziyyətinə istinad etməlidir. Bundan fərqli olaraq, təyinat şərtləri ödənilmiş sığorta haqları ilə əlaqəli olmayan bəzi pensiya komponentləri və onların maliyyələşdirilməsi üçün nəzərdə tutulan dövlət büdcəsinin transfertləri qeyri-sığorta xarakteri daşıdığına görə qeyd edilən qiymətləndirmədə nəzərə alınmamalıdır.

Məsələyə bir daha aydınlıq gətirilməsi baxımından pensiya xərclərinin maliyyə mənbələri əsasında fərqli komponentlər üzrə tərkibi haqqında məlumat vermək istərdim.

Sosial sığorta haqları hesabına maliyyələşən sığorta öhdəlikləri üzrə:

1992-2005-ci illər üçün hər sığorta stajı ilinə görə bu dövrdə ölkə üzrə ən yüksək orta aylıq əmək haqları əsasında qanunla təsbit edilmiş və hər il indeksləşdirilərək artırılan sabit rəqəmlə ifadə olunan pensiya məbləği;

2006-cı ildən etibarən fərdi uçotu aparılan ödənilmiş və hər il indeksləşdirilərək artırılan sosial sığorta haqlarının formalaşdırdığı pensiya kapitalı əsasında hesablanılan pensiya məbləği.

Dövlət büdcəsi hesabına maliyyələşən qeyri-sığorta öhdəlikləri üzrə:

sosial sığorta haqlarının ödənilmədiyi 1992-ci ildən əvvəlki dövrlər üzrə hər sığorta stajı ilinə görə pensiya məbləği 

“Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə uyğun olaraq, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə, şəhidlərin ailə üzvlərinə, Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə, I qrup əlillərə və digər şəxslərin əmək pensiyalarına müxtəlif məbləğlərdə nəzərdə tutulan əlavələr;

“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, pensiyaları fərqli qaydada artırılan dövlət qulluqçuları, millət vəkilləri, hərbi qulluqçular və digər pensiyaçılara əmək haqları əsasında müəyyənləşdirilən və əmək haqlarında baş verən artıma uyğun artırılan qulluq stajına görə əlavələr.

Pensiya xərclərinin qeyd edilən komponentlər üzrə bölgüsünə uyğun maliyyə mənbələrinin fərqləndirilməsinə nümunələr əsasında baxmaq məqsədəuyğun olardı.

Məsələn, 1976-2016-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuş şəxs 2017-ci ildə müvafiq yaş həddinə çataraq pensiyaya çıxarkən, ona təyin olunmuş pensiya məbləğinin 1976-1991-ci illərə görə hesablanmış hissəsi dövlət büdcəsinin transfertləri, sonrakı illər üçün isə sosial sığorta haqları hesabına maliyyələşməlidir. Həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi üzrə əlavə almaq hüququ varsa, bu əlavə məbləğinin də maliyyələşməsi dövlət büdcəsinin transfertindən aparılmalıdır.

Digər nümunə isə Qanunun 20-ci maddəsi ilə qulluq stajına görə əlavə hüququ olan şəxsin pensiyasının maliyyələşmə qaydası ilə bağlıdır. Əgər dövlət qulluqçusu kimi pensiyaya çıxan şəxsin şərti olaraq pensiya məbləği ümumi qayda ilə (yəni ödənilmiş sığorta haqları müqabilində sistemin öz üzərinə götürdüyü öhdəliyin məbləği) 300 manat, dövlət qulluqçusu kimi isə 25 illik stajı olmaqla əməkhaqqının 80 faizi hesabı ilə 640 manat olarsa, ona ödənilən 640 manatlıq pensiyanın ümumi qayda ilə hesablanan 300 manatı sosial sığorta haqları hesabına, qalan 340 manatı, yəni sığorta təminatı olmayan qulluq stajına görə əlavə isə dövlət büdcəsinin transfertləri hesabına ödənilməlidir.

Həmin əsasda formalaşan dövlət büdcəsindən maliyyələşdirilən pensiya xərcləri sığorta prinsiplərinə söykənmədiyindən pensiya sistemində təmin olunmamış maliyyə öhdəlikləri yaradır. Sistem üzərində bu dövlət öhdəliklərinin maliyyə yükü dövlət büdcəsindən ayrılan transfertin həcmini bir qayda olaraq üstələyir ki, bu da həmin öhdəliklərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitlərinin də yönəldilməsini şərtləndirir. Dövlət öhdəliklərinə aid pensiya xərclərinin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitləri ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalı kimi qeydə alınmaqla, eyni zamanda, gələcək sığorta-pensiya öhdəliyini də formalaşdırır. Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsi transfertlərinin pensiya sisteminin gəlirlərindəki xüsusi çəkisinin azalması şəraitində (Dövlət Sosial Müdafiə Fondunun təsdiq olunmuş büdcəsi üzrə bu göstərici son 5 ildə 5,2 faiz bənd aşağı düşüb) pensiya sisteminin sığorta öhdəlikləri büdcəyə hər hansı maliyyə yükü yaratmamış, əksinə, dövlət büdcəsindən maliyyələşən pensiya öhdəliklərinin reallaşdırılmasında istifadə edildiyi üçün bu yükün azalmasına xidmət edib.

Göründüyü kimi, 2006-cı ildən ölkəmizdə fəaliyyət göstərən sığorta-pensiya sisteminin ötən dövrdə özünümaliyyələşdirməsi təmin edilməklə yanaşı, sosial sığorta daxilolmaları dövlət büdcəsinin öhdəliklərinə aid edilən və sığorta təminatı olmayan pensiya xərclərinin maliyyələşdirilməsinə də əhəmiyyətli töhfə verib.

Məhz bundan irəli gələrək, pensiya qanunvericiliyində 1 iyul 2017-ci ildən qüvvəyə minən dəyişikliklər də pensiyaların maliyyələşmə mənbələrinin dəqiqləşdirilməsini, bu əsasda qeyd edilən dövlət öhdəliklərinin tam həcmdə dövlət büdcəsindən ayrılan vəsaitlər, digər bütün pensiya məbləğlərinin isə məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Həmin islahat tədbirinin əsas məqsədi pensiya sisteminin sığorta təminatı olmayan maliyyə yükünün minimallaşdırılaraq, resurs potensialının gücləndirilməsidir.

Sonda qeyd edim ki, pensiya məbləğini yalnız ödənilən sığorta haqlarının həcmi ilə uzlaşdıran tam sığorta prinsipinin tətbiqi ölkəmizin beynəlxalq təcrübədə qəbul edilmiş mütərəqqi pensiya təminatı modellərindən olan Bismark modelinə söykənən sığorta-pensiya sisteminin paradiqmal mahiyyətindən irəli gəlir.

Tam sığorta prinsipi vətəndaşların qazandığı pensiya hüquqları və sistemin öz üzərinə götürdüyü maliyyə öhdəliklərini bilavasitə ödənilmiş sosial sığorta haqları ilə əlaqələndirərək bunlar arasında sərt aktuar asılılığı, bununla da sistemin gəlir və xərcləri arasında tarazlığı vacib edir. Pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığına xidmət edən bu vacib şərtin həm pensiya sistemi üzrə bütövlükdə, həm də hər bir sığortaolunan üzrə fərdi olaraq yerinə yetirilməsi isə sığortaolunanların ömür boyu əmək fəaliyyəti göstəricilərinin uçotunu tələb edir ki, bu da fərdi uçot sistemi vasitəsilə reallaşdırılır.

İşləyən hər bir vətəndaşa pensiya hüququnun adekvat təminat əsasında reallaşdırılması üçün fərdi sığorta ehtiyatını formalaşdırmaq özəlliyinə uyğun olaraq, bu model çərçivəsində sosial sığorta haqlarının fərdi uçotu aparılmaqla əvəzli məcburi ödəniş xarakterinə və hər bir fərd üzrə sərt məqsədli təyinata malik olmaq kimi meydana çıxan unikal cəhətləri bu haqların vergilərlə müqayisədə konseptual olaraq tamamilə fərqli iqtisadi və hüquqi məzmununu şərtləndirərək oxşar yanaşma əsasında baxılmasını istisna edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir FOTO

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub

Qızıl medal qazanan gimnast: Avropa çempionu olmaq üçün gecə-gündüz çalışıram

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2 VİDEO

Zamanı aşan söz - Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir

Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu oynayacaq

Elmdə yeni mərhələ: nəzəriyyədən istehsalata və Böyük Qayıdışa doğru

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib

AHLA: Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi turistləri çəkindirir

İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Zəngəzur dəhlizi Azərbaycan və region ölkələri üçün iqtisadi dividendlər qazandıracaq – ŞƏRH

Halal investisiya və sukuk bazarının yaradılması ölkəyə xarici investorların marağını artıra bilərmi?

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb

Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

AMEA-nın müxbir üzvü: Süni intellekt insan faktorunu tam əvəz edə bilməz

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

BMU tələbələri innovativ layihələr təqdim ediblər

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın çoxvektorlu siyasəti nəqliyyat layihələrinin həyata keçirilməsində ölkənin mövqelərini möhkəmləndirir – Tomas de Vaal ilə müsahibə

Fəzail Sadıqov: Azərbaycanda narkotik vasitələrdən asılılıqla mübarizədə tibbi xidmət asan və əlçatandır

BMT-nin yüksəksəviyyəli iclasında Azərbaycanın inklüziv şəhərsalma təcrübəsindən danışılıb

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

Zaur İmranı: Turizmə yalnız gəlir mənbəyi kimi deyil, inkişaf konsepsiyası kimi yanaşılmalıdır - MÜSAHİBƏ

Baş katib: Qlobal Cənub QHT Platforması beynəlxalq təsir mexanizminə çevriləcək

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

Kubanıçbek Ömüralıyev: Ortaq dil sahəsində əməkdaşlıq türk dövlətlərinin daha da yaxınlaşmasının əsasıdır

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

İstehlak bazarında qiymətlər açıqlanıb

“Yuğ” Teatrı WUF13 çərçivəsində xarici qonaqlar üçün dörd tamaşa təqdim edəcək

“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Media: Kanada və Fransa öz müdafiə embarqolarına rəğmən Türkiyə ilə yaxınlaşır

Slovakiya parlamentinin nümayəndə heyəti Füzuli, Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər edib

UFC-də debüt edəcək döyüşçü: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Universitetlərimiz xalqımızın beynəlxalq aləmlə inteqrasiyasını təmin edir

Qırğızıstan Prezidenti: Türk dövlətləri qlobal texnologiya xəritəsində güclü mərkəzə çevrilə bilər

AzMİU tələbələri beynəlxalq zəlzələ mühəndisliyi yarışmasında xüsusi mükafata layiq görülüblər

WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

BRICS xarici işlər nazirləri Yaxın Şərq məsələsində ortaq məxrəcə gələ bilməyiblər

Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir

Kənd təsərrüfatı naziri Şuşada vətəndaşlarla görüşüb

Neymar İtaliya vətəndaşlığı alıb

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir

Azərbaycanda mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən əsas işlər açıqlanıb

Prezident Ərdoğan: Ankara Daşkənd ilə əlaqələri dərinləşdirməyə hazırdır

Azərbaycanın “ağıllı” və “yaşıl şəhər” modeli beynəlxalq şəhərsalma gündəmində diqqət çəkir - ŞƏRH

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

Qazaxıstan Prezidenti: Türk dünyası daim barışıq şəraitində yaşamalı və birlikdə inkişaf etməlidir

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Avropa Parlamentinin məqsədi ermənilərin hüququnu qorumaq yox, siyasi ambisiyalarını həyata keçirməkdir - ŞƏRH

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək

Əsgəran Silah Muzeyi yaradılır – EKSKLÜZİV

WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək

Prezident İlham Əliyev: Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir

BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib

“Neftçi”nin baş məşqçisi: İstərdik ki, Premyer Liqa təmsilçilərinin qadın komandaları da Qızlar Liqasında mübarizə aparasın

İlhan İşbaş: Azərbaycan Avropanın enerji strategiyasında açar ölkəyə və Avrasiyanın mühüm geoiqtisadi mərkəzinə çevrilib

Konqoda 246 nəfərin ebola virusuna yoluxduğu ehtimal edilir

AEBA: Zaporojye AES yeddi aydır tək bir elektrik xətti üzərində işləyir

Hansı ixtisas sahibi özəl məhkəmə eksperti kimi fəaliyyət göstərə bilər?

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

Nazir: Bu gün mədəniyyətimiz qalib Azərbaycan milli kimliyinə xidmət edir – EKSKLÜZİV MÜSAHİBƏ

Qızılın qiyməti həftəni itkilərlə tamamlayır

ABŞ-nin beyin mərkəzi Azərbaycan və Orta Dəhlizlə bağlı məqalə yayımlayıb

Rumıniya mediası: Azərbaycan qazının Avropaya nəqli region ölkələrinin enerji diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır

BMT eksperti: Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş mövqeyi nümayiş etdirir

Macar ekspert: Azərbaycan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas aktora çevrilə bilər

®  “HONOR 600” seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi VİDEO

® “HONOR 600” seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi VİDEO

BDU ilə AzMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

WUF13 Urban Expo: Bakı şəhərsalma sahəsində qlobal miqyaslı ən böyük sərgiyə ev sahibliyi edəcək

Energetika naziri Neftçalada vətəndaşlarla görüşüb

Bölgələrdə fəaliyyət göstərən ağırlıqqaldırma mərkəzləri avadanlıqlarla təmin olunur

Şahzadə Harrinin həyat yoldaşı ailənin əsas gəlir mənbəyinə çevrilib

Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir